Gündəm

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

MUMtv.az: - Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsuz torpağı almış olur. Bu zaman dövlət tərəfindən vətəndaşın tikdiyi ev sökülür yaxud torpaq əlindən alınır. Bu baxımdan vətəndaş aldığı torpağın qanunsuz olub-olmadığını necə bilər? Eyni zamanda vətəndaş bələdiyyə tərəfindən aldadıldığı üçün sökülən evinə görə təzminat ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekpert Elnur Fərzəliyev deyib ki, ölkəmizdə bələdiyyələr 1990-cı ildə yaranıb. 2000-ci ildən 2008- i ilə qədər bələdiyyələrə torpaq satmaq səlahiyyəti verilib. Bələdiyyələrə satmaq üçün torpaqlar sahələri ayrılsa da, lakin həmin torpaqların xəritəsi ayrılmayıb. Bələdiyyələrə qədər həmin torpaqlar hansısa bir dövlət təşkilatının və bir qurumun balansında olub:

"Bələdiyyələrdə onları vərəqə torpaqları adı kimi satıblar. Burada məsələyə biz digər tərəfdən baxsaq, əsas problem ondan yaranır ki, torpaqların xəritəsinin olmaması belə böyük problemlərə yol açıb. Bundan əlavə bələdiyyələr tərəfindən satılan torpaqların böyük bir hissəsi zamanında çıxarışla təmin olunub. Çıxarışla təmin olunmayan torpaqlara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəblərdən biri onlara həmin torpaq sahələri ayrılan zaman verilməsi ilə bağlı sərəncam yaxud bələdiyyə qərarı olur. Onların arxiv kökünün olmaması bir problemdir. Həmin torpaqları satarkən bələdiyyə tərəfindən kadastr planı, yerləşdiyi koordinatlar göstərilməlidir. Bu koordinatlar daha çox Torpaq Komitəsi tərəfindən verilirdi".

Ekspertin sözlərinə görə, torpaqları bələdiyyələrə verərkən onların təyinatlarının dəyişdirilməməsi belə, bu gün çox böyük problemlərə yol açıb. Bu baxımdan problemin həlli vətəndaş tərəfindən mümkün deyil. Çünki vətəndaşın iradəsi və gücü çatmayan bir məsələ var. Torpağın təyinatının dəyişilməsi bu problemlərə aiddir:

"Bununla əlaqədar əmlak amnistiyasının olacağı ilə bağlı medialarda ciddi məlumatlar yaranır. O cümlədən yeni portalın hazırlanıb istifadəyə verilməsi gözlənilir. Bu portalın istifadəsi gözlənilir ki, bunun vasitəsilə vətəndaşlar evlərini çıxarışla təmin edə biləcəklər. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin üzərində çox böyük bir hissəsi tikintilər tikilib və yaşayış massivlərinə çevrilib. Burada problem təyinatla bərabər olduğu üçün, zamanında bələdiyyələr qadağa olunmuş ərazilərdə torpaq satışları həyata keçiriblər. Bu qadağan olunmuş ərazilər elektrik naqillərinin altı, kommunikasiya xətlərinin yaxınlığı və neft buruqları ətrafında neytral zona gözlənilməli idi".

Elnur Fərzəliyev qeyd edib ki, il sonuna qədər çıxarışların verilməsi təmin olunacaqsa belə, həmin ərazilərdə tikilmiş evlər və ayrılmış torpaqlar sahələrinə çıxarışın verilməsi qanunauyğun deyil:

"Düşünürəm ki, həmin ərazilər çıxarışla təmin olunmayacaq. Sökülən hər bir ev əgər hər hansısa tikinti işlərinə başlanılıbsa, onun sökülməsi mümkündür. Vətəndaşa həmin ərazi ilə bağlı xəbərdarlıq edilir. Vətəndaş həmin xəbərdarlığa meyil qoymursa, belə olan halda aidiyyəti qurumlar tərəfindən həmin ev sökülür. Lakin yaşayış olan fərdi yaşayış evləri qadağan olunmuş ərazidə inşa edilib yaxud torpağın sənədi düzgün deyilsə onların söküntüsü üçün məhkəməyə qərarı tələb olunub. Belə əmlakları məhkəmə qərarı olmadan sökülmür".//siam.az


Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər