Gündəm

50 minə yaxın qanunsuz tikiliyə sənəd verilib — Qanun layihəsi hazırlanır

“Sənədsiz evlərlə bağlı məsələ illərdir ki, müzakirə obyektidir. Milli Məclisdə mütəmadi bu məsələyə toxunmuşuq. Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri İcra Hakimiyyəti bununla məşğul olur. Son vaxtlar təxminən 50 minə yaxın sənədsiz evə sənəd verilib, amma bu evlərin araşdırılmasına ehtiyac var”.

"MUMtv.az" bildirir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov sənədsiz evlərlə bağlı problemin həllinə münasibət bildirərkən deyib. O qeyd edib ki, dövlət başçısının sənədsiz evlərlə bağlı xüsusi göstərişi var:

50 minə yaxın qanunsuz tikiliyə sənəd verilib — Qanun layihəsi hazırlanır

“Evlərə sənəd verilməlidir, amma bəzi hallarda bu, qeyri-mümkündür. Çünki bəzi fərdi yaşayış evləri elektrik xətlərinin altında, bəziləri qaz borularının və neft borularının üstündə, bəziləri sürüşmə zonalarında tikilib. Ona görə də bu evlərlə bağlı problem yaşanır. Hesab edirəm ki, hər nə olur, olsun, əgər vətəndaş həmin ərazilərdə ev tikib yaşayırsa, ona mütləq ya kompensasiya verilməli, ya da evlə təmin olunmalıdır. Vətəndaş küçədə qalmalı deyil ki... Bu məqamlar nəzərə alınmalı və problem həll olunmalıdır”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.


Son xəbərlər

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Partiyalar seçki kampaniyasına nə qədər vəsait ayıracaqlar? – SORĞU

Ziya Məmmədovun qardaşı gərginliyi Bakıya “gətirdi”-Özünü müxalifətdən ayırdı, amma…

Ayaq barmaqlarınızın forması sizin kim olduğunuzdan xəbər verir - FOTOLAR

Dərini günəş ləkələrindən qorumağın 7 yolu

"Yazdığım cavablar həminki deyildi, dəyişdirilmişdi" - Müəllimlərin etirazları davam edir // VİDEO

Bütün xəbərlər