Gündəm

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

MUMtv.az: - "Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təkliflərinə əsasən, qanunvecilikdə dəyişiklliklər edilib, yeni qaydalara görə, Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq. Həbs, azadlıqdan məhrum etmə - bunlar çox ağır cəzalardır, insan azadlığı çox vacib dəyərdir, indi hansısa bir işsiz, kasıb vətəndaş risk edib, məsələn, marketin qabağında kimdənsə 20 qəpik alsa, onu 15 sutkaya qədər həbs edə bilərlər".
Bakupost.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

O, qeyd edib ki, media vasitəsi ilə AYNA-ya bir neçə dəfə müraciət etsə də, ona cavab verməyiblər:

"Məsələn, keçən ay (telefonun mesaj bölümündə var) şəhər ərazisində parklanmaya görə 23 manat ödəmişəm. Mən, vətəndaş bu vəsaiti sizə niyə ödəyirəm, bunun müqabilində AYNA olaraq mənə, vətəndaşa hansı xidmət göstərirsiniz?! Onu da deyim ki, sizin əsasnamənizə görə, topladığınız vəsait və cərimələrin 50%-nə qədərini öz işçilərinizə əlavə maaş kimi yaza bilirsiniz – yəni, mən 23 manat ödəmişəm ki, siz, məsələn, öz rəhbər işçilərinizə əlavə mükafat yazasınız?!".

İqtisadçı qeyd edib ki, əslində parklanma işinin məntiqi başqadır:

"İnkişaf etmiş ölkələrdə bu sahə SEÇİLMİŞ şəhər Bələdiyyələrinin səlahiyyətindədir. Şəhərin SEÇİLMİŞ Məclisi, Bələdiyyə Sədri parklanmadan daxil olan vəsaitlə bağlı şəffaf hesabat verir, o vəsaiti VƏTƏNDAŞ üçün xərcləməyin yollarını axtarır – məsələn, Bələdiyyə həmin pullarla yeni parklar salır, məhəllə yollarını təmir edir, məişət tullantılarının daşınmasını təmin edir, uşaq meydançaları tikir, və s. Bəs bizdə AYNA yığdığı vəsaiti nə edir – bəli, TOP menecerlərin maaşını artırır, onlara mükafat yazır.

Sonra da lobbiçilik edirlər, işsiz vətəndaşın marketin qarşısında 20 qəpik almasına görə 15 sutkalıq cəzalanma tələb edir ki, heç kim bunların bazarına girməsin – nə deyim, Allah heç bazar verməsin"...


Son xəbərlər

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Zakir Əliyev vəfat edib

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bu günə olan valyuta məzənnələri

Litvada keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

Qasırğalar ABŞ-yə milyonlarla dollara başa gəldi

Azəriqaz Tarif Şurasını saymır!

Bütün xəbərlər