Gündəm

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - qaz, su, işıq və digər kommunal xidmətlər...

MUMtv.az: - Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "kupça" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Amma əsas məsələlərdən biri isə sənədsiz evlərdə komunal ödənişlər məsələsidir.

Bəs bu necə tənzimlənir? Sənədsiz evlərə qanuni olaraq qaz, su, işıq və digər kommunal xidmətlər çəkilə bilər?

Bu barədə Referans.az-ın sorğusunu cavablandıran hüquqşünas Turan Abdullazadə bildirib ki, hazırda sənədsiz evlərə bütün kommunal xidmətlər verilir:

“Yaxın gələcəkdə qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşəcəyi gözlənilir. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə cəzalandırılacaqlar. Hazırda isə qanunsuz tikilililər qaz, su, işıq təchizatları ilə təmin olunur.

Hüquqşünasın sözlərinə görə, hazırda 1 milyona yaxın sənədsiz ev var və bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hazırda ağlabatan deyil: “Statistik göstəricilərə əsasən ölkədə 1 milyona yaxın sənədsiz ev var. Bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hal-hazırda ağlabatan və məqbul deyil. Çünki bu həm kütləvi etirazlara səbəb olar, həm də vətəndaşlarımızın konstitusion hüquqlarını pozar, həm də humanizm prinsiplərinə zidd olar. Bunun üçün əvvəlcə sənədsiz tikililərin operativ şəkildə sənədləşmə işlərinə başlanılmalı, əmlak amnistisyası tətbiq olunmalı, daha sonra sanksiyalar tətbiq olunmalıdır”.

Referans.az məsələnin rəsmi tərəfini öyrənmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb.

Sənədsiz evlərə elektrik enerjisinin çəkilməsi ilə bağlı prosedur barəsində sorğumuzu cavablandıran "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, sənədsiz evlərə işığın çəkilməsi üçün sadəcə yerli icra hakimiyyəti orqanından arayış alınması kifayətdir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə sorğumuza cavab olaraq bildirdi ki, əslində evə qaz sayğacının çəkilməsi üçün evin sənədi lazımdır, amma hazırda sənədsiz evlərlə bağlı problemi nəzərə alaraq sayğaclar qanuni olaraq çəkilir. Bu təbii ki, yerli icra hakimiyyətlərinin təşəbbüsü ilə baş verir.


Son xəbərlər

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Bütün xəbərlər