Gündəm

Kolleclərə ixtisas seçimi başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb.

Bu barədə "MUMTv.az"a Dövlət İmtahan Mərkəzindən məlumatg verilib.

Qeyd olunub ki, kolleclərə qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2024/2025-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 930 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 26 iyul – 5 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər