Gündəm

Partiyalar seçki kampaniyasına nə qədər vəsait ayıracaqlar? – SORĞU

MUMtv.az: - Seçki marafonu sürət götürdükcə proseslərə maraq daha da güclənamizədlərin qeydiyyatı başlayıb. Yaxın günlərdə isə qeydiyyata alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək.

Bəs siyasi partiyalar öz namizədlərinin təbliğat-təşviqat kampaniyası üçün nə qədər vəsait ayırmağı nəzərdə tutublar?

Bizim.Media bu suala cavab tapmaq üçün seçkidə iştirak qərarı vermiş bəzi partiyaların sədrlərinə müraciət edib.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:

“İlkin olaraq bizim partiya seçki kampaniyası üçün 6 min manat vəsait ayırıb. Təbii ki, təbliğat kampaniyasında bu vəsait artırılacaq. Çünki təşviqat materiallarının hazırlanmasına böyük ehtiyac var. İlkin vəsait ancaq imzatoplama və digər məsələlərin həlli üçün nəzərdə tutulub”.

Ağ Partiyanın başqanı Tural Abbaslı:

“Partiyamız seçkilərə 40 namizədlə qatılır. Amma partiyamızın seçkilərlə bağlı hələlik konkret büdcəsi yoxdur. Partiyanın büdcəsi namizədlərin seçki büdcəsindən formalaşacaq. Seçki prosesində çalışacağıq ki, ianələr cəlb edək. Partiya olaraq çalışırıq ki, minimum xərclərlə maksimum nəticə əldə edək. Ona görə də biz çalışacağıq ki, posterlər, bukletlər və digər təbliğat vasitələrini çap edək.

Bununla belə, partiyanın insan resurslarından istifadə edərək xərcləri minimuma endirmək istəyirik. Yenə də deyirəm ki, gəlirlərimiz olmadığı üçün namizədlərə yardım edə bilmirik”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli:

“Qanunvericiliyə görə hər bir namizədin vəsait toplamaq ixtiyarı var. Bununla bağlı bizim hesablar artıq açılıb. Əgər bütün 13 namizədimiz rəsmi qeydiyyatdan keçəcəksə, o zaman “friendraising”lə bağlı daha çox məlumat paylaşacağıq ki, arzu edən şəxslər qanun çərçivəsində bizə daha çox maddi yardım göstərsinlər. Bununla yanaşı, partiya hər bir namizədin təşviqat materiallarının çap və digər reklam xərclərini öz üzərinə götürüb”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Bu məsələ qanunla tənzimlənir. Hər bir namizəd və yaxud onu irəli sürən partiya namizədin qeydə alınmasından sonra fərdi hesab açır. Bizim 60-dan çox namizədimiz olmadığına görə partiyamızın vahid seçki fondu yoxdur. Bununla belə irəli sürdüyümüz namizədlər qeydə alınandan sonra partiya olaraq imkanımız daxilində hər bir namizədə təbliğat-təşviqat kampaniyası aparmaq üçün müəyyən yardımları edəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə:

“Məlumdur ki, uğurlu seçki kampaniyası aparmaq üçün yaxşı maliyyə vəsaiti lazımdır. Bizim də maliyyə resursları ilə bağlı müəyyən planlarımız var. Çalışacağıq ki, partiya olaraq namizədlərimizin zəruri maliyyə xərclərini qarşılayaq.

Amma hazırda imzatoplama kampaniyası olduğundan partiyanın yalnız insan resurslarından istifadə olunur. Bunun üçün əlavə maliyyəyə ehtiyac yoxdur. Bildiyiniz kimi, AMİP Milli Məclisdə təmsil olunmadığı üçün dövlətdən maliyyə yardımı almır. Bununla belə, partiyamızın üzvlük haqlarından və ianələrdən formalaşan bəlli bir büdcəsi var. Biz də təbliğat kampaniyası zamanı həmin büdcədən istifadə etməyi düşünürük”.

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər