Gündəm

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

"MUMtv.az" xəbər verir ki, dəyişikliklərə əsasən, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılacaq.

Daha bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

Yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.



Son xəbərlər

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Bütün xəbərlər