Gündəm
Gündəm / Cəmiyyət
Azərbaycanda bələdiyyə seçkisinin vaxtı açıqlandı
Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
"MUMtv.az” xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir: "Seçkilərə qədər bələdiyyələrin sayı və digər məsələlərin hamısı nəzərdən keçirilməlidir. Bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili üçün qanunvericilik mütləq təkmilləşdirilməlidir. Odur ki, qarşıda ciddi vəzifə və işlər dayanır”.