Gündəm

QƏBİR YERİ BİZNESİNƏ hansı məmur nəzarət edir? - VİDEO

MUMtv.az: - "Bələdiyyə vətəndaşların təşkilinin elə bir sistemidir ki, yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həyatda həll etmək iqtidarında olmalıdır. Bu gün qanunvericilik çərçivəsində yerli əhəmiyyətli məsələlərin həlli də məhz bələdiyyələrə aid edilib. Bələdiyyə sistemi ilə bağlı ola bilən qanunvericilik bazası yüksək səviyyədə hazırlanıb. Düzdür, müəyyən boşluqlar olsa da, orada normativ məqamlar öz əskini tapıb".

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli danışıb. İctimai birliyin sədri qeyd edir ki, qəbirstanlıqlar yerli əhəmiyyətli məsələlər olduğu üçün bu istiqamətdə onların bələdiyyələrə verilməsi zərurətdən yaranan məsələdir.

“2015-ci ildə ciddi müzakirələrdən sonra Milli Məclisdə bu proses 2017-ci ilin sonunda tamamlandı və 2018-ci ildən bələdiyyələrə qəbiristanlıqların təşkili və müəyyən xidmətlərin göstərilməsi həvalə edildi. Bu prosesin icrası 3 ay ərzində başa çatdırılmalı olduğu halda bu günə kimi artıq proses başa çatdırılmayıb. Burada müəyyən problemlər var. Bakıda rəsmi şəkildə fəaliyyətdə olan qəbirstanlıqların sayı 31-dir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti müfaviq olaraq, qanunvericilik çərçivəsində bələdiyyələrə öz balansında olan 31 qəbirstanlığın 23-nü artıq təhvil verib”-deyə Vüqar Tofiqli bildirib.

Bəs bu təhvil verilmə prosesində nə həyata keçirilməyib?
İctimai birliyin sədri bildirib ki, birincisi bu gün təhvil verilən qəbirstanlıqların demək olar ki, hamısı dolu vəziyyətdədir, yəni işlək vəziyyətdə deyil. İkincisi Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən onların hər hansı bir reyestri aparılmayıb. Bu ərazilərə müəyyən qulluğun göstərilməsi həmin orqan tərəfindən lazımi səviyyədə həyata keçirilməyib. Yəni vətəndaş bilməyib ki, qəbirstanlığın ərazisində su xətti olmalıdır, ara yollar asvalt olmalıdır, işıq xətti çəkilməlidir. Müəyyən bir informasiya boşluğu olub. Onun sözlərinə görə, eyni zamanda Bakıda bələdiyyələrə təhvil verilən 23 qəbirstanlıqda müəyyən xidmət sahələri bələdiyyələrə verilməyib.

“Məsələn, məzar daşlarının hazırlanması və qəbirüstü hansısa proseslərin həyata keçirilməsi bələdiyyələrə verilməyib. Böyük əksəriyyət qəbirstanlıqların balansında olan xidmət sahələrinin heç biri bələdiyyənin balansına verilməyib. Ən ciddi problem budur. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti minbir bəhanə gətirərək, bunu təhvil verməyib”-deyə ictimai birlik sədri bildirib ki, qurum bu günə qədər göndərilən sorğuya cavab verməyib.

Vüqar Tofiqli bildirib ki, əgər qəbirstanlıq, ümumilikdə bələdiyyəyə verilibsə, o qəbirstanlığın ərazisində və balansında olan digər xidmət sahələri bələdiyyələrin balansına təhvil verilməlidir.

“Bələdiyyələrin balansına verilməyən 8 qəbirstanlıq bu gün istifadədədir. “Qurd qapısı”, Əhmədli, Keşlə qəbirstanlığı və digər qəbirstanlıqlar var ki, onlar faktiki olaraq, bu günləri əhalinin istifadəsindədir və əhaliyə xidmət göstərilir. Həmin qəbirstanlıqlar bələdiyyələrin balansına verilməli olduğu halda Əhaliyə Vətəndaşlıq Xidməti Tresti onu öz balansında saxlayır. “Qurd qapısı” qəbirstanlığında kifayət qədər həm yer var, həm xidmət göstərilir. Bura ümumişəhər qəbirstanlığıdır. Bu ərazi də düşür, Qaradağ rayonu Lökbatan ərazisinə. Bu qəbirstanlıq Lökbatan bələdiyyəsinə verilməli olsa da, bu gün havada qalıb”-deyə Tofiqli vurğulayıb ki, burada yerin qiyməti 2000 manatdan 8 min manata qədərdir.

“Mən anlamıram ki, bu qiyməti kim təyin edir. Burda bu 8 min nəyə görə alınır”-deyə Vüqar Tofiqli əlavə edib.

Qeyd edək ki, yazıda və videoda sözügedən qurumların mövqeyini dərc etməyə hazırıq.

Vüqar Tofiqli ilə bu mövzuda müsahibəyə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.


Son xəbərlər

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Bütün xəbərlər