Gündəm

Məmur həbsləri ölkədə nəyi dəyişir?
Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. "Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, eləcə də iş adamı, "Baku Stell Company” MMC-nin sədri Rasim Məmmədov Bakı İstintaq Təcridxanasının yeni "qonaq”larıdır. İki ay əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Cəlilabadın icra başçısı Namiq Zeynalovu həbs edib, Bakıya gətirmişdi.

Həbs olunan sabiq məmurlar demək olar ki, eyni maddələrlə ittiham edilirlər: mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakını talama və s. Onların heç biri barələrində seçilmiş həbs-qətimkan tədbirindən şikayət etməyiblər. Yalnız Vüqar Səfərlinin vəkilləri onun ev dustaqlığına buraxılması barədə məhkəməyə müraciət edib, amma rədd cavabı alıblar.

Adıçəkilən şəxslər təcridxanada məhkumluğun ilk çətin günlərini yaşayarkən onların "təcrübəli” həmkarlarının məhkəmələri başlayır. 2019-2020-ci illərdə həbs edilmiş 6 icra başçısı bir-bir hakim qarşısına çıxarılır. Bu məmurlar da həbs qərarlarından şikayətçi olmayıblar, ehtimal ki, istintaqda qarşılarına qoyulan izahatları imzalayıb, həbsdən qurtulmağın başqa "kreativ” yolları barədə tədbir görürlər. Axı, təcrübədə bu sahədə xeyli "yaxşı” nümunələr var.

2014-2015-ci illərdə ləğv edilmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin demək olar ki, bütün rəhbərliyi həbs edilmişdi. Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hüseynov və bəzi İH üzləri də milyardlarla dollarlıq talançılıqda ittiham edilərək həbsə atılmışdılar. Bu vəzifəli şəxslərə qarşı ittihamlarda nələr yox idi? Onların hər məhkəmə prosesində səslənən korrupsiya, rüşvət rəqəmləri ölkənin gündəminə çevrilirdi. Amma nəticə nə oldu? MTN-çilərin, rabitəçilərin bəziləri istintaqa gedib-gəlsələr də, barələrində heç bir qərar verilmədi. Əksəriyyəti isə bir neçə ildən sonra azadlığa çıxdı, yalnız "sözə baxmayan”, "üzrü günahından betər” olan şəxslərə bu şans tanınmadı.

Bu hadisələr təsdiq etdi ki, Azərbaycanda qoluna qandal vurulan korrupsioner məmur üçün uzunmüddətli həbsxana həyatı yoxdur. Onlar hansısa yolla azadlığın yolunu tapmaqda çətinlik çəkmirlər. Çünki bayırda onlara doğma olan sistem iş başındadır.

İcra başçılarının səs-küylü həbsləri cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə müəyyən ümidlər yaratsa da, qısa müddətdə ənənəvi vəziyyət bərpa olundu. Həbsxanaya göndərilənlərin iş başında olan həmkarları heyrətamiz şəkildə cinayətkar fəaliyyətlərini davam etdirdlər. Hətta rüşvət alarkən videoya çəkilib cəmiyyətdə rüsvay olmaq qorxusu onları dayandırmadı. Əlbəttə, bu, təkcə onların şəxsi mənəvi keyfiyyətləri ilə bağlı deyil. Onları hərəkətə gətirən, "formada saxlayan” bir sistem var. Sistemin tələbatından aslı olaraq fiqurlar dəyişir, yenilənir, amma iş prinspləri dəyişmir. Ora daxil olan şəxslərin əksəriyyəti oyun qaydalarını qəbul edir və gündəlik fəaliyyətlərində tətbiq edirlər.

Sosial mediada, mətbuatda yayılan xəbərlərdən də görünür ki, icra başçıları əsla dəyişməyiblər. Sanki ölüm-qalım seçimi arasında qalmış insan kimi özlərini taleyin ümidinə buraxıblar.

Təsvir olunan mənzərə son 6-7 ildə məmur həbslərinin idarəçilikdə ciddi dəyişikliklərə gətirib çıxarmadığını göstərir. Təcrübədən məlumdur ki, eyni xətt üzrə aparılan həbslərın, cəzalandırmaların cəmiyyətin inkişafına zərrə qədər xeyri yoxdur. Yenə də məmurun əsas işi dövlət vəsaitlərini talamaq, bir qismini özündən yuxarı ötürməklə təhlükəsizlik çətiri yaratmaq, rəhbərlik etdiyi sahədə dövlət siyasətini sabotaj etməkdir. Həbslər artıq adiləşib, bu vasitə ilə dövlət hakimiyyətini səmərəli hala gətirmək, şəffaflığı təmin etmək, korrupsiya və rüşvətin kökünü kəsmək mümkün deyil. Əgər hakimiyyət gerçəkdən idarəçiliyi dəyişmək istəyirsə, idarəetmə sistemi başda olmaqla, bütün sahələrdə köklü islahatlara başlamalıdır.

Əvvəla, tamamilə iflasa uğramış icra hakimiyyəti sistemi ləğv olunmalı, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bələdiyyə institutunun səlahiyyətləri genişləndirilməlidir. İctimai iştirakçılıq, ictimai nəzarət mexanizmləri yaradılmalı, məmurların gəlir bəyannamələrinin açıqlanması məcburi hala gətirilməlidir. Qohumbazlıq, tayfabazlıq kimi neqativ hallar ardan qaldırılmalı, tenderlər, dövlət vəsaitlərinin xərclənməsi kimi məsələlər tam şəffaflaşdırılmalıdır.

Əlbəttə, yerli idarəçilikdə bu dəyişikliklər ölkədə aparılacaq köklü islahatlar çərçivəsində baş tuta bilər. Onun başında isə Konstitusiya islahatı və referendumunun keçirilməsi, parlamentin, məhkəmələrin siyasi rəhbərliyin nəzarətindən çıxarılaraq müstəqilləşməsi, azad seçkilər və güclü media dayanır. İldə 5-10 cinayətkar məmuru tutub, bir-iki ildən sonra azadlığa buraxmaq heç nəyi dəyişmir…

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər