Gündəm

Partiyaların səssiz dövr üçün nə planı var?
Azərbaycanda siyasi aktivlik əsasən seçki illərində müşahidə olunur.

Söhbət xüsusilə də prezident və parlament seçkilərindən gedir. Bələdiyyə seçkilərinə ölkədə maraq qənaətbəxş səviyyədə deyil. Buna görə də bələdiyyələrə keçirilən seçkilərdə siyasi aktivlik demək olar ki, müşahidə edilmir.

Bunu nəzərə aldıqda, ölkədə növbədənkənar seçkilər təyin olunmasa, növbəti ən yaxın seçki 2024-cü ildə keçiriləcək parlament seçkiləridir. 2025-ci ildə isə prezident seçkiləri keçiriləcək. Bu isə əvvəlki təcrübələrə istinad etsək, növbəti 4 ildə ölkədə siyasi aktivliyin olmayacağı anlamına gəlir.

Bu müddət ərzində ölkənin siyasi mənzərəsi necə olacaq? Siyasi aktivlik yaratmaq üçün partiyaların hansı fəaliyyət planı var?

"Sosial-iqtisadi problemlərin həlli vacibdir”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, hazırkı durumda seçkidən daha önəmli məsələlər var:

"Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır. Bu dövrdə bizim əsas vəzifələrimizdən biri həmin ərazilərin işğaldan azad olunmasıdır. İkincisi, çox ciddi şəkildə Azərbaycanın geosiyasi vəziyyətinin dəyişməsi prosesi gedir. Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxaraq Türkiyənin təsir dairəsinə daxil olur. Bu isə Azərbaycanda bütün ictimai-siyasi institutlarının idarəetməsinin, siyasi konfiqurasiyanın dəyişməsini zəruri edir. Eyni zamanda, qarşıda hələ Qarabağın bərpası məsələsi durur. Bu da çox ciddi bir məsələdir. Yəni konkret olaraq Azərbaycan xalqının qarşısında seçkidən də vacib məsələlər durub. Eləcə də sosial-iqtisadi problemlərin, xüsusilə də işsizlik, yoxsulluq məsələlərinin həlli vacibdir. Seçkiyə qədər bu istiqamətdə partiyanın əsasnaməsinin imkan verdiyi dərəcədə bu işləri aparacağıq”.

"Seçki ilində insanlar siyasətlə daha çox maraqlanır”

Ağ Partiyanın başqanı Tural Abbaslı isə deyib ki, seçki ilindəki siyasi aktivliyi digər illərlə müqayisədə eyni tutmaq mümkün deyil:

"Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Seçki ilində daha çox aktivlik olur, insanlar siyasətlə daha çox maraqlanır, partiyalar daha çox görünür. Amma seçki olmayan illər daha passiv olur. Demokratik cəmiyyətlərdə daha uzunmüddətli olur, bizdə ümumi olaraq bu proses 60 gün çəkir, əvvəl isə daha uzun idi. Bizdə nisbətən rəqabətli keçən parlament seçkiləri olur. Azərbaycanda bələdiyyələr səlahiyyətsizdir, ona görə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər əhəmiyyətsiz hesab olunur. Parlament seçkiləri də kütləvilik baxımından o qədər diqqət çəkməyə bilir. Digər dövlətlərdə isə seçkilərin sayı çoxdur. Orada bələdiyyə, parlament, prezident, hətta yerli strukturlara keçirilən seçkilər var ki, hər zaman cəmiyyəti siyasi baxımdan tonusda saxlayır. Amma süni şəkildə siyasi aktivlik yaratmaq bir qədər çətin məsələdir və çox vaxt heç də müsbət nəticə vermir. Hansısa baş verən siyasi hadisə ətrafında aktivlik yarana bilər. Məsələn, dünyada baş verən "narıncı inqilab”, "ərəb baharı” kimi hadisələr Azərbaycanda da siyasi aktivlik yaratdı. Amma indi deyək ki, Ağ Partiya konsepsiya hazırlayıb ki, demokratik dəyərlərin və ənənələrin olmadığı Azərbaycanda siyasi aktivlik yaradacağıq, bu, heç də inandırıcı olmaz. Çünki siyasi aktivlik yaratmaq üçün böyük təbliğat-təşviqat, maliyyə imkanların olmalıdır. Efirlərə söz və ifadələr baxımından sərbəst çıxış imkanı yaranmalıdır. İnsanları aktivləşdirib nə edəcəksən? İnsanları küçələrə tökməkdən başqa şansın yoxdur. İndiki məqamda, nəzərə alsaq ki, hələ Qarabağ məsələsi ilə bağlı masa arxasında siyasi savaş davam edir, insanların küçəyə tökülməsi bizim marağımızda deyil. Odur ki, siyasi aktivlik yaratmaq kimi xüsusi iddiamız yoxdur. Partiya olaraq özümüzün cəmiyyətə təqdim etməyə, təşkilatlanmağa çalışırıq. Öz fuksionerlərimizin cəmiyyətə tanıdılması ilə bağlı planlarımız var. Daha çox partiya və cəmiyyət arasındakı əlaqəni qurmaq, tənbliğatımızın daha çox insana çatması ilə bağlı işlər görürük”.

"Bu dönəmdə partiyanın təbliğatı daha aktualdır”

Milli Cəbhə Partiyasının (MCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev də daha çox partiyanın təbliğatı ilə məşğul olacaqlarını deyib:

"Son zamanlarda ölkədə siyasi aktivlik üçün müəyyən işlər görülüb. Siyasi müstəvidə bir növ barışıq, partiyaların aktiv fəaliyyət göstərməsinə mane olan məsələlərin həlli ilə bağlı addımlar atıldı. Partiya olaraq biz də daha çox təşkilatlanmaq, yeni üzvlərin partiyaya cəlb olunması ilə bağlı işlər görürük. Partiyanın təbliğatı, təşkilatı işlər bu dönəm üçün daha aktualdır”.

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər