Gündəm

Bakının rayonları ləğv edilsin, 5 yeni rayon yaradılsın
İyirmi ildən artıq bir zaman kəsiyində fəaliyyət göstərən ölkə bələdiyyələrinin irəliləyişləriylə yanaşı ciddi problemlərlə üz-üzə qalmaları təəssüf doğurur. Bu problemlərdən biri də bələdiyyələrə, xüsusəndə Bakı bələdiyyələrinə mülkiyyətə əmlakın və torpağın verilməməsi və ərazilərin bələdiyyələrə tanıdılmaması, habelə cizgilərlə verilən bir çox ərazilərin isə reallıqla üst-üstə düşməməsidir. Ən əsası odur ki, hazırda vəziyyət elə gətirib ki, Bakı və ətraf qəsəbələrdə inzibati əraziləri ayrıd etmək mümkün deyil. Ümumilikdə götürdükdə isə Əmlak məsələləri üzrə Dövlət Xidməti və onun struktur bölmələri bələdiyyələrin yuxarıda söylənilən probleminin həllinə səy göstərməməsi və ya illər boyu ləngitməsi bələdiyyələr arasında narazılıqla qarşılanır desək, yəqin ki yanılmarıq.

Bu gün paytaxtda formalaşan 53 bələdiyyənin heç birinə mülkiyyətə nə əmlak, nə dəki torpaq verilib. Və açığı bu prosesin nə vaxt başlanacağı də məlum deyil. Çünki torpağın bələdiyyələrə verilməsi üçün şəhərin kadastrı başa çatdırılmalı idi. İyirmi ildir ki, kadastr-yəni paytaxtın yeraltı və yerüstü kommunikasiya xətlərinin planı hələ də müəyyən edilməyib. Məhz bu səbəbdən bələdiyyələrə mülkiyyətin verilməsi ləngiyir. Bəs bu proses nə vaxt icra ediləcək? Maraqlıdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak məsələləri üzrə Dövlət Komitəsinin ləğvi bələdiyyələrdə bu prosesin tezliklə başlanılacağına ümidi artırsa da, irəliləyişin olmaması yerli orqanlarda çalışanların bu sahəyə qarşı olan incikliyini daha da artırır.
Suraxanı, Sabunçu, Xəzər, Xətai, Binəqədi və Səbail rayonlarında formalaşan bələdiyyələrin əraziləri dəqiqləşdirilmədiyindən və ya mübahisəli olduğundan vergilərin toplanılmasında da problem yaranır. Belə bir çətin, ancaq çətin olduğu qədər də sadə görünən bir suala çox asanlıqla cavab tapmaq mümkündür. Əgər məmurlarda istək, maraq olarsa.

***

Fikrimcə, ilk olaraq Bakının inzibati ərazi-vahidləri məsələsinə yenidən baxılmalıdır. Çox maraqldır ki, qəsəbələrin yaşayış ərazisi Bakı şəhərinə, qəsəbəyə bitişik ətraf ərazilər isə Abşeron rayonuna baxır. Bu istiqamətdə problem var və ona aydınlıq gətirilməlidir. Qəsəbələr böyüyür, infarstruktur qurulur, yollar salınır, ancaq sakin onu sənədləşdirə bilmir. Çünki ərazinin sahibi ya bilinmir, ya da torpaq təyinatı üzrə istifadə edilməyib.

Bələdiyyənin inkişafına maneə yaradan məmurların vaxtı ilə "göz yumması” nəticəsində böyüyən qəsəbələrdə kommunikasiya infrasturkturu yaradılır, sanki yeni şəhər salınır, lakin heç bir mənzilin qeydiyyatı olmur. Küçəsi, ünvanı bilinməyən, ancaq şəhərə çevrilən qəsəbələrdə formalaşan bələdiyyələr isə hər hansı bir vergi növü toplaya bilmir. Misal olaraq Binə qəsəbəsini çəkmək olar. Binə qəsəbəsində bu gün qeyri-rəsmi 160 min nəfərə yaxın sakin yaşayır. Rəsmi qeydiyyatda olanların sayı isə 55 min nəfərdir. Qəsəbənin ərazisi bir tərəfdən Suraxanı, digər tərəfdən Abşeron ərazisinə düşməkdədir. Təssvvür edin ki, bu evlərin hər biri kənd təssrüfatı təyinatlı torpaqlarda, ya da pay torpaqlarında inşa edilib. Prosesin icrasının ləngiməsində sözsüz ki, dövlət büdcəsi də itirmiş olur. Bu gün təqribi hesablamalara görə, paytaxtda məhz bu cür problemli mənzillərin sayı 500 mini keçməkdədir. Bu qədər mənzilin 80 faizədək hissəsini isə rəsmiləşdirmək mümkündür.Və bu qədər sənədsiz mənzilin sənədləşdirilməsi həm dövlət, həm də yerli büdcəyə kifayət qədər vəsaitin daxil olmasına səbəb ola bilər. Bəs o zaman nəyi və kimi gözləyirik. Baxmayaraq ki, bununla bağlı dövlətin rəsmi mövqeyi ortadadır və son illərdə bir neçə ciddi sənəd imzalanıb. İcrasına da start verilib.

***

Bu cür yaranmış vəziyyətdə biz nəyi təklif edərdik.

Təklif edərdik ki, Abşeron rayonu da daxil olmaqla paytaxt rayonları inzibati ərazi vahid kimi ləğv edilsin və inzibati ərazi vahidləri yenidən təşkil edilsin. Lakin sayı on iki deyil, cəmi beş rayon olmaqla yaradılsın. Yəni paytaxtın mərkəz rayonu olmaqla, dörd istiqamət üzrə - Cənub, Şimal, Qərb və Şərq dairələri təşkil edilsin. Və belə bir məqamda faktiki olaraq movcud olan qəsəbələrin bəzilərinin də ləğv edilərək ya mərkəz rayona, ya da qeyd edilən ərazilərə birləşdirilməsi həyata keçirilməlidir. Əslində elə Meriya strukturuda bu şəkildə formalaşdırılmalıdır. Sonra isə bu dairələrdə monitorinq aparılaraq torpağın faktiki təyinatına uyğun təsnifatı müəyyən edilməlidir. Lakin bu proses illərlə çəkməməli tezliklə öz həllini tapmalıdır.

Son olaraq İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarovdan xahiş edərdim ki, digər ona həvalə edilən sahələrdə ciddi layihələr, struktur dəyişikliyi aparmaqla ölkə başçısı qarşısnda götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyi kimi Əmlak məsələləri üzrə Dövlət Xidmətinin fəaliyyətini ciddi nəzarətdə saxlamaqla, bu strukturda şəffaflığın təmin edilməsini real çəkldə həyata keçirilməsini nəzərdə saxlasın. Bununla yanaşı bələdiyyələrin əmlakla bağlı, habelə müavfiq qurumlarla bağlı yaranmış süni problemlərin həllinə nail olunsun.

Gəlin bir məqamı unutmayaq ki, bələdiyyələrin problemlərinin azalması, onların maliyyə vəsaitinin həcminin artması nəticə etibariylə sakinin, seçicinin probleminin azalması deməkdir.

P.S. Biz qısa şəkildə bələdiyyələrə mülkiyyətin verilməməsi və bu istiqamətdə mövcud problemlərə toxunduq. Məsələlərin həllinə münasibəti isə müvafiq orqanlardan gözləyirik

Vüqar Tofiqli

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri //fed.az//

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər