Gündəm

Keçmiş vergilər nazirimizin biznesi nədən iflas edir? - İLGİNC
 
 
 
 
 
 
 
 
 
Hələ iyul ayının sonlarında "Yeni Müsavat” sabiq vergilər naziri Fazil Məmmədova aid "AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbər yazmışdı. Yada salaq ki, "AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i "Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.

Bildirilirdi ki, F.Məmmədov "AtaBank”ın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Xəbərlərə görə, buna səbəb eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürməsi, rəhbərlik arasında da kəskin konfliktin olması qeyd edilirdi. Ancaq hələ o vaxt da bəzi ekspertlər hesab edirdi ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Fazil Məmmədovun bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunurdu. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

"Yeni Müsavat” bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə "AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı” nominasiyasına layiq görülüb.

"”AtaBank"da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir". Bu xəbəri azpolitika.info-ya bankda gedən proseslərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar "AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: "Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. ”AtaBank"la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar. Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur".

Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsi səbəblərindən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsidir. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün isə bankın gəlir mənbəyi yoxdur, hətta vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var. Bu səbəbdən də son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir. Amma o da vurğulanır ki, 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq.

Maraqlıdır ki, bankın saytında İdarə Heyətinin sədri Dəyanət Quliyev, müavini isə Etibar Babaşlı göstərilib. 1983-cü ildə Bakı şəhərində anadan olan Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən "AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Sonda onu da vurğulayaq ki, keçmiş məmur-oliqarx Fazil Məmmədovun əmlaklarını satışa çıxarması barədə xəbərlər yeni deyil. Bundan əvvəl də bildirilirdi ki, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Məlumatlı mənbə iddia edirdi ki, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb. Amma bu xəbərlərin nə qədər səhih olduğu bu günədək təsdiqlənməyib. Mümkündür ki, sabiq nazir tez-tez bu cür "satıram”, "maliyyə vəziyyətim pisdir” kimi xəbərlərin tirajlanmasında maraqlı olsun.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər