Gündəm

Ovçular Cəmiyyətinə üzvlük məcburi olmayacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Ovçuluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

"MUMtv.az" xəbər verir ki, “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması Qaydası”nın 1.3-cü bəndinə əsasən dövlət ovçuluq kadastrı "Ovçuluq haqqında" qanunla müəyyən olunmuş respublika və yerli əhəmiyyətli ovçuluq ərazilərinin kateqoriyaları barədə məlumatları özündə cəmləşdirir. Qanunun 10.1-ci maddəsinə görə dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur. Qanunun 21.4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq uyğunsuzluğun aradan qaldırılması məqsədilə Qanunun 10.1-ci maddəsində “ov yerlərinin” sözlərindən sonra “respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının” sözləri əlavə edilməsi təklif olunur.

Qanunun 18.1.2-ci maddəsində ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd olunsa da Qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə Qanunun 14.3-cü maddəsində “və üzvülük bileti” sözlərinin çıxarılması, 19.0.1-ci maddəsi ilə ləğv edilməsi təklif edilmişdir.

Qanunun 19.0-cı maddəsinə görə hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib. Qanunun 19.0.8-ci maddəsinin “heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan hallarda” redaksiyasında verilməsinin məqsədi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 64-cü maddəsindən irəli gələn tələblərdir.

Layihənin qəbul edilməsi ilə ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili, ov obyektlərinin mühafizəsinin təmin edilməsi, bu sahələrdə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılmasının təmin edilməsi gözlənilir. Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.

Layihə müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər