Gündəm
Gündəm / Siyasət / Dünya
İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...
İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə “”Mehr” məlumat yayıb.
Nazirlər əmin ediblər ki, faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər.
Nazirlər Kabineti həmçinin Rəisinin dövlət başçısı kimi rolunu qiymətləndiriblər.
“O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millət naminə qurban verdi”, - deyə hökumət bildirib.
Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim də təyyarə qəzasından sağ çıxa bilməyiblər.