Gündəm

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

MUMtv.az: - "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər: "Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər”. A.Fərəcov qeyd edib ki, ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq. Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında ictimai “WI-FI” (simsiz) şəbəkələri quraşdırılarkən diqqət ediləcək ilkin məqamlardan danışıb. B.Əliyev bildirib ki, burada diqqət ediləcək bir çox məsələ var, amma yanaşmadan, məqsəddən və qoyulan yatırımdan çox şey asılıdır:

“Ona görə də sistem qurularkən tələblər düzgün hesablanarsa, daimi texniki xidmətlər düzgün həyata keçirilərsə, sistem nəzarətdə saxlanılıb, xidmət göstərilərsə, ciddi bir problem olmayaq. Xüsusi hallarda, müəyyən problemlərin olması hər bir işdə mümkündür”.

Ekspert qeyd edib ki, stasionar dayanacaqlarda stabil internetin təşkil edilməsi və texniki tələbə uyğun “WIFI” avadanlıqlarının qoşulması istifadə üçün daha yaxşı imkan yaradacaq:

“Həmçinin qoşulan istifadəçilər üçün sürət limitinin tənzimlənməsinə ehtiyac var, əks halda hər hansı bir istifadəçi böyük həcmli faylları endirməyə başlasa, digər istifadəçilərdə internetin sürətinə ciddi təsir edəcək. Ona görə də stabil olaraq endirilən fayllar müəyyən qaydalar çərçivəsində yüklənməlidir”.

B.Əliyev onu da söyləyib ki, prioritetlər nizamlanmalıdır, yəni hansı sistemin daha sürətli işləməsinə ehtiyac varsa, sistem birinci ona imkan yaradılmalıdır:

“Biri fayl yükləyərkən və ya 4K videoya baxarkən digəri adi bir “Whatsapp” mesajı göndərməkdə çətinlik çəkməməlidir. Digər nizamlayıcı işləri həyata keçirmək və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sistemin qurulması bir çox problemin qarşısını ala bilər.

Ümid edirik ictimai “WIFI” layihələrini hansı şirkət həyata keçirir və keçirəcəksə, bu və bunun kimi bir çox məsələləri nəzərə alaraq işlər görəcəkdir ki, istifadəçilər də bu xidmətdən rahat yararlana bilsinlər”.


Son xəbərlər

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Əkizlərdən birində problem olanda, digəri də hiss edir?

Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

Prezident müşavirə keçirdi

MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Azərbaycan bu ölkələrə qoyduğu məhdudiyyəti ləğv etdi

İsraildəki müharibədən qaçdı, Ukraynada ÖLDÜ

"Ukrayna artıq yoxdur" - Tramp

Emin Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

ABŞ Konqressi müvəqqəti büdcəni təsdiqlədi

Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçildi

Yaddaşı gücləndirən qidalar

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" - Paşinyan

Zərif Ərdoğanla Pezeşkianın görüşünə niyə qatılmayıb?

Cəbrayıla ilk köç karvanı yola salındı

Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

Bütün xəbərlər