Gündəm

Qafar Sadıxov: "Oğurluğun və təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini çəkib "Hürriyyət TV"yə göndərdiyimə görə Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır""QSC sədri Rövşən Rüstəmova, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm"

Bu gün Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi ünvanında yaşayan Qafar Əsgər oğlu Sadıxov "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında yaşanan özbaşınalığı, yeyinti, dövlət əmlakını talama hallarını videolentə alıb "Hürriyyət TV" kanalına göndərdiyi üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. 



Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında hökm sürən oğurluğun, o cümlədən gələcəkdə yaşana biləcək təhlükənin qarşısını almaq məqsədiylə atdığı addım sonda ona baha başa gəlib, heç bir səbəb olmadan işdən azad edilib: "Təxminən, 2 ili yaxındır ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında 100 ədəddən çox refrigerator vaqonların soyuducu hissələrini, 200 ədəd ağır dəmir qapılarını, 200 ədəd vaqonların bir-birinə qoşulması üçün avtoqoşquları, buksları, resorları və altından təkər cütlərini çıxardaraq vaqonları təhlükəli vəziyyətdə saxlayıblar. Bu səbəbdən də mən həm oğurluğun, həm də təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini mobil telefonla çəkərək, "Hürriyyət TV" kanalının "WhatsApp" nömrəsinə göndərdim ki, həqiqəti üzə çıxarmaq üçün efir vasitəsiylə ictimaiyyətə çatdırılsın. Məhz bundan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır".

Elektrik qatarında 20 il 2-ci dərəcəli maşinist vəzifəsində çalışdığını qeyd edən Qafar Sadıxovun sözlərinə görə, 28.01.2021-ci tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynovun şər-böhtanıyla maşinist vəzifəsindən çıxarılaraq, maşinist köməkçisi vəzifəsinə təyin olunub: "Lakin həmin gündən indiyə kimi oğurluqda əli olan "Azərbaycan Dəmir Yolları" QSC-nin bəzi rəhbər işçilərinin tapşırığı ilə İlham Hüseynov məni işə buraxmır. Bu haqda 06.06.2023-cü il tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov cənablarına ərizə ilə rəsmi qaydada müraciət etmişəm və ondan işimə qaytarılmağıma köməklik göstərməsini xahiş etmişəm. Lakin bunun da heç bir faydası olmayıb. Odur ki, sizin vasitənizlə yenidən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmova, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan üzləşdiyim problemin həllində yardımçı olmalarını, səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm".
Hurriyyet.az

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər