Gündəm

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində qadınlar arasında baş verən bıçaqlanma hadisəsinə məhkəmədə qiymət verilib.

"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə sığınacağın qadınlar üçün nəzərdə tutulmuş ümumi otağlında 1969-cu il təvəllüdlü Xəzangül adlı qadınla 12 noyabr 2022-ci il tarixdən mərkəzdə məskunlaşan Tatyana adlı qadın arasında baş verib.

Tərəflərin münasibəti 2023-cü ilin iyun-iyul aylarında pisləşib. Xəzangül Tatyananı dolabdakı şəxsi əşyalarını oğurlamaqda günahlandırıb. Onlar arasında dava isə 30 iyul 2023-cü il tarixdə, saat 16.00 radələrində baş verib.

Tatyana təqsirləndirilən şəxəsə "moşennik" (dələduz) deyib, "sən hər axşam harasa gedirsən, biz nə bilək hara gedirsən?" kimi sözlər işlədib.
Ətraflı

Xəzangül isə Tatyanaya axşamlar restoranda qabyuyan işlədiyini bildirib, "səni vurub öldürəcəm" deyib və ondan uzaq durmasını tələb edib. Bundan sonra Tatyana yenidən Xəzangülü itələyib və qadınlar əlbəyaxa olublar. Təqsirləndirilən şəxs alma soymaq üçün qoyulan bıçaqla Tatyananı vurub. Nəticədə o, qarın, bağırsaq və böyrəyindən xəsarət alıb.

Hadisədən sonra Xəzangül saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Xəzangül 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sığınacaq və Sosial Reabilitasiya Mərkəzi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşir. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.


Son xəbərlər

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Əkizlərdən birində problem olanda, digəri də hiss edir?

Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

Prezident müşavirə keçirdi

MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Azərbaycan bu ölkələrə qoyduğu məhdudiyyəti ləğv etdi

İsraildəki müharibədən qaçdı, Ukraynada ÖLDÜ

"Ukrayna artıq yoxdur" - Tramp

Emin Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

ABŞ Konqressi müvəqqəti büdcəni təsdiqlədi

Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçildi

Yaddaşı gücləndirən qidalar

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" - Paşinyan

Zərif Ərdoğanla Pezeşkianın görüşünə niyə qatılmayıb?

Cəbrayıla ilk köç karvanı yola salındı

Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

Bütün xəbərlər