Gündəm

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Baş prokuror şikayəti korrupsiyasından şikayət edilən ƏƏSMN-ə göndərib?

MUMtv.az: - ƏƏSMN , tabeliyindəki qurumların özbaşınalığı, şəhid, qazi ailələrinin pensiyalarını mənimsəmələri Qarabağ savaşının ZƏFƏRlə bitməsindən sonrakı 3 ildə daha kəskin, dözülməz həddə çatıb. Özbaşınalığa baxın, ƏƏSMN rəsmiləri açıq mətnlə bildirir ki, ölkədə Konstitusiya qüvvədə deyil, DÖVLƏT , MƏHKƏMƏ , QANUN elə ƏƏSMN-in özüdür ! Son bir ildə “başıma gələnlərdən başmaqçı” olduğumdan artıq ƏƏSMN-in “Dövlət , məhkəmə, qanun mənəm” qanun oğurluğuna, mafiya qaydasına inanmaqdan özgə yolum qalmayıb. 3 gün qabaq Milli Məclisdə hüquq professoru millət vəkilinin “ biz nə edə bilərik?” sualı, həmin gün Baş prokurorun qəbuluna yazmağa elə həmin əsasla-sualla imtina edilməsi ölkədə ƏƏSMN məmurlarının özbaşınalığının zirvədə olması fikrini və bu fikirdən yayınmanın mümkünsüzlüyünü ortaya qoyur.

Baş prokurorluq qanunların icrasına və tətbiqinə nəzarət edə bilmirsə, yaxud etmək istəmirsə, doğrudan da “biz nə edə bilərik?” . İndicə ƏƏSMN-dən aparat rəhbəri Fuad Musayevin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən gələn müraciətə əndrabadi cavabını aldım: “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4 -cü maddəsinə əsasən müraciətinizə 2024-cü ildə 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildiyi və təkrar müraciətinizdə məsələnin həlli üçün yeni məlumatlar olmadığına görə əlavə məlumatın verilməsi mümkün hesab edilmir”. Düzü, bu cavabın birinci cümləsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adı çəkilməsəydi, ƏƏSMN-ə bu il 4-cü dəfə təkrar sorğu verdiyim qənaətinə gələcəkdim. Axı mən, ümumiyyətlə, son bir ildə ƏƏSMN-ə müraciət etməmişəm. Sadəcə , ƏƏSMN, yanındakı DSMF-in, Sosial Xidmətlər Agentliyinin qərəzindən, mənimsəməsindən, korrupsiyasından, dövlətin adından çıxarılan 20.06.2016 və 05.07.2017 tarixli məhkəmə qərarlarını Bakı İnzibati Məhkəməsinə ( hakimlər Şərafət Məmmədova, Aygün Abdullayeva, Günel Sevdimalıyeva və b.) rüşvət verməklə 7-8 ildir icrasına qadağa qoymalarından , pensiyalarımızı düz hesablamamalarından ali dövlət hakimiyyəti, hüquq orqanlarına şikayət etmişəm. Hər 3-5 gündən bir də 161-korrupsiya ilə mübarizə “qaynar xətti”nə şikayət edirəm.

Korrupsiya ilə mübarizənin “gücü”nə baxın, 13 aydan sonra ƏƏSMN-i cavaba məcbur edib. Hələlik aparat rəhbəri səviyyəsində. Belə getsə, bir 13 aydan sonra nazirə soraq çatar. Hələ ki nazirdən gizlədilir.

“Biz nə edə bilərik” ritorik sualından başqa ritorik olmayan sualla Baş prokurora, yanındakı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə üz tuturam:” Korrupsiya ilə bağlı şikayətlərin korrupsiyasından şikayət edilən qurum(lar)a göndərilməsi hansı qanunda yazılıb?” Bir sualım da bu ilin “korrupsiya planı”nı 5 ayda üçqat doldurduğunu bildirən ƏƏSMN-in aparat rəhbərinədir:” Bu ilin son 7 ayında korrupsiyaya, pensiyalarımız kimi, “veto” qoyulacaq?”//paralel.az


Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər