Gündəm

MUMtv.az: -  "Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınması (başqa ifadə işlənilməsi mümkün deyil) artıq bir neçə ildir. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və bir neçə ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir”.

Dəhşətlisi odur ki, Ünvanlı sosial yardımların (ÜSY) verilməsində tam özbaşınalıq, əlilliyin müəyyən edilməsində elektron dələduzluq hökm sürür. Sadə misal :adına torpaq sahəsi olan işsiz şəxsə ÜSY verilməsindən imtina edilir ki, torpağı var. Torpağı olmayan işsizə isə olmayan iş gəliri, olmayan torpağının "olması” haqqında sənəd tələb edib, ÜSY ayrılmayacağını öncədən bildirirlər. Bu imtina praktikası daha çox kənd yerlərində geniş yayılıb. Əlilliyin müəyyən edilməsindəki elektron dələduzluq sistemi elə "təkmilləşdirilib” ki, hətta təkrar müayinəyə göndərilən əlillərin də 5-10 il sonra "təkrar müalicəyə ehtiyacı” elektron qaydada üzə çıxır.

Bir sözlə ƏƏSMN-nin rəhbərlik sarıdan bəxti heç gətirməyib.

Bu tam başqa bir məsələdir, keçək əsas mətləbə: Əlil və şəhid ailələrinin mənzillərlə təminatına gəldikdə isə, bu sahədə son illərdə tətbiq edilən qaydanı da ƏƏSMN rəhbərliyinin yanlış kadr siyasəti heçə çıxardı. Adı daha çox rüşvət, korrupsiya əməllərində hallanan Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA ) idarə heyətinin sədri təyin edilməsi Qarabağ qaziləri və şəhid ailələrinin "cibinə uyğun” olmadı və bu qeyri-mütənasiblik aztəminatlı şəxslərin mənzil növbələrində qocalmalarına , qıcolmalarına gətirib. SXA -nın sədri əməlli – başlı Saxta Xidmətlər Agentliyi (SXA) yaradıb.
Pandemiya ilə zəfər ilinin eyni vaxta düşdüyü 2020-2021ci illərdə qazi və şəhid ailələrinə söz verilən 1500 mənzilin alınması da baş vermədi. Yenə də saxta, fake məlumatlarla sosial mənzil xidməti sırındı. Başlıca olaraq, ikiotaqlı mənzillər alındığını və Bakının mərkəzində ortalıq 50 minə başa gəldiyi hesabı ilə 1500 mənzilin 75 milyon manat apardığını hesablamaq nə SXA-ya, nə DTX -ya, nə antikorrupsiya qurumlarına, nə də Hesablama Palatasına çətin olmaz. Lap olsun, 150 milyon! Nə vəsaitdir ki! Özü də birdəfəlik ! Onu da vurğulayaq ki , bu il pandemiya ilə bağlı 600 min şəxsə aylıq 114 milyon hesabı ilə toplam 600 milyon manat ödənilib .Yəni qazi və şəhid ailələrinin mənzil təminatı üçün ayrılan vəsaitdən 4-8 dəfə çox ! Hanı bunun hesabatı? Hanı 1500 mənzil? Niyə ayrılan vəsaiti ilin sonunda xərcləyirlər? Belə hissə-hissə təminat rüşvət və korrupsiyadan qaynaqlanmır ki? Bu məsələdə dövlət zəmanəti ilə qazi və şəhid ailələrinin hamısına birdəfəlik mənzillər alıb, hər il büdcədən vəsait ayırmaqla borcu ödəmək olmaz?

Nə qədər ki, kadr seçimində dostbazlıq, xidmətdə rüşvət hökm sürəcək, Vüqar Behbudov kimi saxta sosial xidmətçilər qazi və şəhid ailələrinə saxta xidmət göstərməkdə davam edəcək. Belə xidmət ilə isə aztəminatlı şəxslərin mənzil yiyələri olmaları it ilində də gerçəkləşməyəcək”.

Gəzən söz-söhbətə görə, artıq Sahil Babayevin ƏƏSMN-də heç bir nüfuzu qalmamışdır. Fürsətdən istifadə edən Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudovun nazirlik xülyası baş tutmaq üzrədir, artıq işini gizlincə düzüb qoşmağa çalışır ki, nazir vəzifəsinə təyinat alsın.

Düzünü desək gəzən söz-söhbətin inandırıcı olmasına səbəb sosial şəbəkələrdə Vüqar Behbudov işçilərini səfərbər edib ki,hərə öz profilində bəy tərifi edib, Vüqar Behbudovun şəkilini paylaşsın. Şişirtmə rəqəmlər, gözdən pərdə asmaq gəzən şaiələrin tezliklə reallaşacağına zəmin yaradır. Necə deyərlər yarıtmaz nazir Sahil Babayevin torbası artıq tikilib, yeni nazir kürsüsünə Vüqar Behbudov tam hazır vəziyyətdədir. //xeberal.az//

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər