Gündəm
Gündəm / Cəmiyyət
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
ƏƏSMN-dən "MUMtv.az"a verilən məlumata görə, mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iştirak edib.