Gündəm

Bakı İnzibati Məhkəməsi qərarının icrasını təmin etməkdən imtina edir - NARAZILIQ!

MUMtv.az: - Bakı İnzibati Məhkəməsinin hakimi Şərafət Məmmədovanın dövlətin adından qəbul etdiyi 20.06.2016 tarixli 2-1 (81)-1095/2016 saylı qərarının icrasını təmin etməkdən imtinasından 6-cı ildir dövlətin bütün qurumlarına, Ombudsmana minlərlə şikayətlər edilsə də, mediada informasiyalar yayılsa da, heç bir pozitiv sonucu yoxdur. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanuna -Konstitusiyaya qarşı çıxan hakim , özbaşınalığının qarşılığını apellyasiya instansiyasına yüksəlməklə alıb . Bakı Apellyasiya Məhkəməsindən inzibati instansiyaya endirilən Aygün Abdullayeva da üç ildir Şərafət Məmmədovanın “qoyduğu nırxı pozmaq” fikrində deyil. Nə əvvəlki sədr Rəşid Rzayev, nə də indiki Araz Hüseynov cınqırını çıxarır. Elə bil , anadolular demiş, burası məhkəmə deyil, qanunsuz fəaliyyət göstərən gizli sexdir.

Axırı, Milli Məclis katibliyinin məktubu Bakı İnzibati Məhkəməsinin böyük məsləhətçisi İradə Hüseynovanın qanuna qarşı çıxan 17.09.2021-ci il tarixli cavabı ilə sonuclanıb. Deyə bilərsiniz , öncədən cavabın qanuna qarşı olmağını necə iddia etmək olar? Ən başlıcası, məsləhətçinin məhkəmə qərarını, icrasını təmin edib – etməmək , ali dövlət hakimiyyəti orqanlarından daxil olan müraciətlərə baxmaq səlahiyyəti yoxdur, bu səlahiyyət məhkəmə sədrinə verilib. Belə çıxır, məsləhətçi məhkəmə sədrinin, hakimlərin səlahiyyətlərini icra edir? Bəri başdan deyək ki, bu icraçılıq olduqca savadsızcasına həyata keçirilir. Fikir verin, məsləhətçi İradə Hüseynova yazır ki, 20.06.2016-cı il tarixli məhkəmə qərarı qüvvəyə minəndən sonra könüllü icra olunması üçün cavabdeh ƏƏSMN yanında Dövlət Təminat Xidmətinə göndərilib. Axı, birincisi, qərar çıxarılandan və qüvvəyə minəndən sonra tərəflər artıq iddiaçı və cavabdeh yox, tələbkar və borclu sayılırlar. İkincisi, bəyəm məhkəmə qərarının nə vaxt qüvvəyə minməsini bilmir? Bilmirsə, məsləhətçinin 11.10.2016 tarixli icra vərəqəsi tərtib edilərək Yasamal rayon icra şöbəsinə göndərilməsi barədə dedikləri nağıldan, uydurmadan başqa bir şey deyil. Elə bu uydurma tarixdən 14 ay sonra guya ƏƏSMN yanında DSMF-in 13.12.2017-ci il tarixli “icra sənədi üzrə tələbin icra olunması barədə” məktubu (?) ilə Yasamal icra şöbəsinin 26.12.2017-ci il tarixli icraata xitam verməsi qərarı da nağıldan, uydurmadan, fantaziyadan qaynaqlanır. Axı, borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti olduğu halda, DSMF məktubla əmlak tələbinin icra edilməsini necə bildirə bilər? Lap olsun, nağıla, uydurmaya biz də uyaq, bəs axı, məktubla icra, özü də mülklə, mənzillə bağlı icra təmin olunub icraata xitam verilirsə, onda bütün borclular tələbi məktubla ödəyərlər ki! Onda bu icra şöbələri, polis nəyə gərəkir? Təsəvvür edin, aliment borcu olan şəxs icra məmuruna tələbin təmin olunması barədə məktub yazır və icra məmuru da bu məktub əsasında icraata xitam verir! Belə icra hərəkəti, icra qanunvericiliyi yalnız Azərbaycanda ola bilər və nağıldan özgə heç bir yetkisi yoxdur. Deyəsən, məhkəmə ,ədliyyə orqanları o qədər savadsızlaşıb ki, bilmir, “İcra haqqında” qanunun tələbinə əsasən, icra məmuru məhkəmədən icra sənədini alan kimi icraata başlamaq haqqında qərar qəbul etməli və bu qərarın surətini bir günə tələbkara, borcluya, icra sənədini vermiş məhkəməyə göndərməlidir? ! Eyni zamanda, məsləhətçi nağıl-məktubuna əlavə etməyi unutmayıb ki, icraata xitam verilməsi haqqında 26.12.2017 tarixli qərardan nə iddiaçı (əslində tələbkar olmalıdır- M. B. ) şikayət edib, nə də məhkəmə qərarın qanununun tələbinin pozulmaqla qəbul edilməsini müəyyən edib . (?) Özbaşınalığa baxın, tələbkar “iddiaçı” kimi qəbul edilir və ona verilməyən qərardan razı qaldığından şikayət vermədiyi vurğulanır! Məhkəmə isə borclunun məktubu ilə icraata xitam verilməsində qanun pozuntusu müəyyən etmir! (?) Belə nağıla 6-cı ildir Ombudsman Aparatını , Milli Məclisi, PA-nı, NK-nı , Ədliyyə Nazirliyini, Məhkəmə-Hüquq Şurasının məsləhətçilərini inandırmaq olar, tələbkar ki mənzillə təmin olunmayıb, necə inansın?

Gerçəkdə bu nağıl -uydurmanın müəlliflik hüququ qərarı qəbul etmiş Şərafət Məmmədovaya məxsusdur. Bu başabəla hakim qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtinasını, hətta qərarını icraya belə yönəltməməsini bu yolla pərdələyib, tələbə aid olmayan DSMF-in hüquqi şəxslərlə iş departamentinin sıradan işçisini çağırıb və belə nağıl ssenarisi tərtib edib. Ondan sonrakı hakim də “köhnə bazara təzə nırx qoymaq” istəmir. Şərafət Məmmədova tələbkardan ərizəsini geri götürməyi tələb edib, əks halda mümkün saymayacağı (?) ilə hədələyərək, Qarabağ qazisinin hüququna qadağa qoyub. Hələ də məhkəmə 2018-ci il tarixli qərarı da tələbkara vermir.

Maraqlıdır, məhkəmə niyə borclunun vəkili rolunda çıxış edir, onun adından icranın təmin olunduğunu bildirir. Axı, borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi ) 6 ildir hər növbəti bölgüdə qazinin mənzillə təmin olunacağını bildirir! 30.08.2019 tarixli, yəni “icranın təmin olunması barədə” məktubdan 2 il sonrakı məktubla DSMF-in direktor müavini Əminə Seyidzadə məhkəmə qərarının 2028-ci ilə kimi icra olunacağını növbəti dəfə qaziyə “diqqətlə” diqqətə çatdırıb ! (?) Bakı İnzibati Məhkəməsi, sədri, hakimləri əvəz edən məsləhətçiləri bunu necə yozacaqlar -yazacaqlar, qazinin tələbi təmin olunubsa, niyə bir aya icra olunmalı qərarın 2028-ci ildə icra olunacağı bildirilir? Məntiqsiz hüquqçu olmağın mümkünsüzlüyünü bilən hakimlər, məsləhətçilər bu məntiqi necə yozarlar? Nağıl hələ bitməsə də, göydən üç limon düşdü : biri Bakı İnzibati Məhkəməsinin keçmiş sədri Rəşid Rzayevin, biri indiki sədri Araz Hüseynovun, biri də hakimlər Şərafət Məmmədova ilə Aygün Abdullayevanın. Məsləhətçilərə, “yuxarılara” nə verərlər, verərlər.

Məğrur Bədəlsoy

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər