Gündəm


Ombudsman qazinin mənzil hüququna qadağa ilə bağlı korrupsiya idarəsinə sorğu göndərib

MUMtv.az: - Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində Qarabağ qaziləri və şəhid ailələrinə tikilən 96 mənzilli yaşayış evinin qanunsuz bölgüsünə hüquq mühafizə orqanları hələ də hüquqi qiymət verilməsini təmin etməyib . Bu sətirlərin yazarının baş prokurorluğun 161 “qaynar xətti”nə 26 dekabr 2019 tarixli şikayətinin qeydə alındığı bildirilsə də, indiyədək izahatının alınmaması ali dövlət hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının  insan hüquqları üzrə müvəkkilinə -Ombudsmana iki illik mindən yuxarı şikayətləri ilə sonuclanıb. Axırı,  Ombudsmanın sorğusu əsasında dünən6 - 09.09.2021-ci ildə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində Qarabağ qazisinin izahatı alınıb. 
Keçmiş  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Şərafət Məmmədova ) 20.06.2016 tarixli 2-1(81)-1095/16 saylı qərarı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin  (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi  (SXA) üzərinə qoyulan öhdəliyi icra etməməsi Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaratsa da, prokurorluq məhkəmə qərarının 6-cı ildir qərəzlə icra olunmamasının korrupsiya faktı olmadığını bildirib. Borclunun (SXA-nın sədri Vüqar Behbudov ) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək , mənzilləri gizlin bölməsinin  , qanunvericiliyin tələbinə əməl etməməsinin araşdırılacağını vurğulayan idarə əməkdaşı korrupsiyaya qarşı  mübarizə idarəsinin rüşvətlə bağlı şikayətlərə baxdığını əlavə edib. Şikayətçinin ondan  rüşvət istənilməməsi,  digərlərindən rüşvət alınaraq mənzildən məhrum edilməsini bildirməsi isə ehtimal kimi qiymətləndirilib və bu rüşvət faktını sübut etmək tələb olunub! (?) Sübutetmə görəvinin vətəndaşın yox, prokurorluğun üzərinə qoyulduğunu izahat alan korrupsiyaya qarşı idarə əməkdaşının diqqətinə çatdıranda , ƏƏSMN -in mənzil verilməsindən imtina etmədiyi, növbəti ev bölgüsündə mənzillə təmin edəcəyi barədə son iki ilin yazılı vədləri xatırladılıb. 
Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində iki saatdan artıq sürən izahat alınmasından sonra gözləməkdən başqa yol qalmır. İstənilən halda,  qazinin hüquqlarının qorunması üçün əlindən gələni edən Ombudsman , xanım Səbinə Əliyevaya böyük təşəkkür düşür. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin bütün şəxsi heyətinin isə 13.01.2004 tarixli 580-llQ saylı cəmi 14 maddədən ibarət “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununu diqqətlə oxumaları məsləhətdir. Qanunun İki cümləlik preambula hissəsinin birincisində  vurğulanan sosial ədalətin , insan hüquq və azadlıqlarının qorunması , vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin , şəffaflığının , səmərəliliyinin  təmin edilməsinə yönəlməsini bir yana qoyaq ,  9.3.12 maddəsində FİZİKİ VƏ YA HÜQUQİ ŞƏXSLƏRƏ HÜQUQLARININ və QANUNİ MƏNAFELƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ SÜNİ MANEƏLƏR YARATMAĞIN KORRUPSİYAYA ŞƏRAİT YARADAN HAL OLMASI doğrulanıb. Sosial Xidmətlər Agentliyi 1-ci dərəcəli Qarabağ əlilinə qanunun,  məhkəmə qərarının verdiyi mənzil təminatı hüququna rüşvət  qadağası (rüşvətdən deyilsə, bəs nədəndir qaziyə qarşı bu süni maneə) qoyub,  evsizlikdən əlilin  (övladının) ailəsi dağılıb,  korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı isə bunu korrupsiya faktı saymır ! (?)
Görək, borclu  SXA-nın sədri Vüqar Behbudov tələbkar qazinin hüququna qadağa qoymasını nə ilə izah edəcək? 

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər