Gündəm

Hörmətli oxucular, siz heç də  təəcüblənməyin, bu həqiqətə yaxın bir əhvalatdır. İslam dinini qəbul edənlərə hədislər vasitəsi ilə dindarlar çatdırmağa çalışırlar ki, axirət günü yaxınlaşır və axirət günü bütün canlılar dünyasını dəyişəcək, sonradan isə onların ruhları oyanaraq bu dünyaya qayıdacaqlar. Bəzilərimiz buna inanır, lakin inanmayanlar çoxluq təşkil etməkdədir. Mənim bu məqaləm inanmayanları  haqqa dəvət etməkdən ibarətdir. Hər bir oxucudan xahiş edirəm ki, bu məqalənin diqqətlə oxuyub yaxınlarınızla paylaşasız, xüsüsən də dini mərasimlərdə təbliğ edəsiz.


Hər bir Azərbaycan Respublikasının vətandaşı dövlət qayğısı ilə əhatə olunur. Bu qayğıdan sözsüz ki, hər-bir vətəndaş eyni qaydada yararlanmadığına görə razı qalanda var, razı qalmayanda. Ancaq hər iki halda Allaha şükür etməyimizi dinimiz buyurur. Əhalinin həssas qrupuna aid  olan şəhid ailələri, Qarabağ  müharibəsi əlilləri və veteranları xüsusi dövlət qayğısı ilə əhatə olunurlar. Buna misal kimi şəhid ailələrinin və müharibə əlillərinin fərdi yaşayış evləri, mənzillərlə və hərəkət-dayaq sistemində məhdudiyyət olan əlillərin minik avtomobilləri ilə təmin olunmaları, dövlət hesabına sanatoriya-kurort müalicəsinin təşkil olunması, pensiyaların və təqaüdlərin artırılması, övladlarının pulsuz təhsil almaları, sığorta pullarının dövlət büdcəsi hesabına birdəfəlik ödənilməsi və digər çoxsaylı xidmətlər.

Şəhid ailələri sığorta pulu ilə tam təmin olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları  Qarabağ müharibəsi əlillərinin sığorta pullarının verilməsi barədə sərəncam imzaladı. Bu sərəncamın necə yerinə yetirilməsi ilə əlaqədar redaksiyamız araşdırma aparıb. Avqust ayının əvvəlində ƏƏSMN-nin alt sistemində olan 11000 nəfər birdəfəlik ödəmə ilə təmin olunmuşlar. Birdəfəlik ödəmə ilə təmin olunmayanların səbəbi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasında qərarın alt sistemə vaxtında işlənilməməsi bəlli oldu. Bu məsələyə kömək məqsədi ilə ƏƏSMN-nin əməkdaşları Müdafiə Nazirliyində mütəxəsis olmadığına görə həmən quruma  ezam olundu və bu günə olan məlumata əsasən artıq 3000 nəfər əlavə olaraq təmin olunub.

İndi keçək əsas məsələyə. Vəfat etmiş əlillərin varisləri bu günə kimi birdəfəlik ödəmə ilə təmin olunmayıblar. Bizə edilən müraciətlərə görə varislik təyin edən Ədliyyə Nazirliyindən bildirdilər ki, ƏƏSMN-də vəfat etmiş əlillər sağ göstərildiyi üçün varislik təyin etmək mümkün deyil. Bununla bağlı ödəmə ala bilməyən əlillərin valideyinləri və həyat yoldaşları ƏƏSMN-nə avqust ayının əvvəllərində müraciət edərək xahiş etmişlər ki, onların övladlarını vəfat etmiş kimi qeydə alsınlar. Cavab olaraq onlara bildirilir ki, araşdırma aparılır. Çox əfsuslar olsunki hələdə haqq dünyasından cavab vermirlər. 07 sentyabrb 2022- ci ildə ƏƏSMN- nin qaynar xəttində olan Cəmilə xanım Dünyamalıyeva ilə əlaqə saxlayıb cavabın öyrənməyə çalışdıq. Cəmilə xanım bildirdi ki, həqiqətən bu məsələ mövcuddur, müraciətlərin sayı çox olduğuna görə hələ cavablandırmaq mümkün olmayıb. Bildirmək istərdim ki, vəfat etmiş əlillərin sayı 400 nəfər civarındadır, 20 iş günü ərzində cavab verməli olan nazirlik 1 ay ərzində hələ heç kimə cavab verməyib. Bütün din xadimlərindən xahiş olunur ki, vəfat etmiş əlillərin həqiqətən haqq dünyasında olmaları haqqında alt sistemə salınması üçün nazirliyin əməkdaşlarına köməklik göstərsinlər.//gundemxeber

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər