Gündəm

Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır?
Təbii qazın verilməsi respublikada ciddi problemlərdən birinə çevrilib. Vətəndaşlar haqlı olaraq soruşurlar: "Neft-qaz ölkəsində niyə belə vəziyyətlə üzləşirik?”. Səbəb o deyil ki, dövlət vətəndaşının təbii qazını kəsir, səbəb "Azəriqaz”ın yarıtmaz fəaliyyətidir.

Prezident İlham Əliyev əhali ilə görüşlərində və çıxışlarında daim bu məsələni gündəmdə saxlayıb, vətəndaşların təbii qazla təminatı məsələsinə həssas yanaşıb və bununla bağlı müvafiq göstərişlər verib. Nəticə göz qabağındadır. Bu gün ən ucqar dağ kəndlərinə belə qaz xətləri çəkilib.

Lakin qaz xətlərinə qazın verilməsi təmin olunurmu? Bu sualı yaradan yüzlərlə, bəlkə də daha çox faktlar, şikayətlər var.

Bu yazıda vətəndaşı narazı salan problemlərin bir neçəsinə toxunacağıq.

İki cür sayğac var: mexaniki-elektron və smart-kart tipli sayğac.

Sayğaclarda 2200 kubmetr həcmində qazın 10 qəpikdən hesablanması limiti avtomatik yenilənməlidir. Lakin mexaniki-elektron sayğaclarda bu proses uzanır və avtomatik yenilənmənin olmadığı müddətdə - bu, 10 gün, bəzən daha çox olur – sərf edilən qaz 20 qəpikdən hesablanır.

Bununla yanaşı, vətəndaşların sayğacları yenilənərkən əvvəlki sayğacın balansı itir. Sayğacların dəyişdirilməsi prosesində külli miqdarda korrupsiyanın baş verdiyinə dair məlumatlar da var. Xüsusilə əvvəlki sayğacların istifadə müddəti bitməmiş yeniləri ilə əvəzlənməsində əsas məqsədin məhz "pulun silinməsi” olduğu deyilir.

Təbii qazın verilməsi də həllolunmaz problemlərdən birinə çevrilib. Paytaxtda, eləcə də digər rayonlarda qazın verilməsində tez-tez fasilələr yaranır və əsas səbəb kimi təmir prosesinin getdiyi deyilir. Lakin təmir prosesinin arasındakı fasilənin qısa olması şübhə yaradan məqamlardan biridir.

Misal üçün, Səbrail rayonunun Bayıl qəsəbəsinin sakinləri bildirirlər ki, son bir həftədə qazın verilməsi iki dəfə dayandırılıb və hər dəfə təmirin getdiyi deyilir. Bu necə ola bilər?

Bu sualın iki cavabı var: birincisi odur ki, təmir prosesi nə qədər intensiv olarsa, daha çox "pul silmək” imkanı yaranır, ikincisi isə odur ki, təmir prosesində daha çox qaz itkisi hesablamaq mümkündür. Qaz itkisi "Azəriqaz" üçün korrupsiya mexanizmlərindən biri hesab olunur.

Təbii qaza qatqıların əlavə olunması da şikayətlərdən biridir. Təmiz qazın qoxusu və rəngi olmur, lakin "Azəriqaz”ın verdiyi qazın qoxusuna dözmək mümkün deyil.

Mütəxəssislər hesab edirlər ki, qaza əlavə qatqıların daxil edilməsi ilə daha çox pul mənimsəmək mümkündür. Belə ki, verilən qazın miqdarı ilə qiyməti arasında böyük fərq yaranır, daha az miqdarda verilən qaz müəyyən edilən qiymətə satılır və aradakı fərqlə toplanan vəsait mənimsənilir.

"Azəriqaz”ın fəaliyyəti ilə bağlı saysız-hesabsız problemlər, şikayətlər var.

Prezident İlham Əliyev hələ 2019-cu ildə "Azəriqaz”ın fəaliyyətindəki nöqsanlara toxunmuşdu.

"Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”, - dövlət başçısı qeyd etmişdi.

Lakin həmin vaxtdan iki il keçməsinə baxmayaraq, bu sahədəki problemlər nəinki aradan qalxıb, əksinə artım tempi ilə davam edir.

Son dövrlər vətəndaşların şikayətləri də göstərir ki, ölkədə məhz qaz probleminə görə etirazçı kütləsi formalaşdırmaqdadır. Təbii ki, radikal müxalifət bu narazılıqdan siyasi məqsədləri üçün istifadə edirlər. Əli Kərimlinin sosial şəbəkələrdə paylaşımlarına diqqət etsəniz, qaz probleminə görə vətəndaşların şikayətlərindən necə siyasi manipulyasiya etdiyini görmək çətin deyil.

Sual yaranır, "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev Əli Kərimliyə "fakt” verir, yaxud radikal müxalifət üçün sosial baza formalaşdırır?

Bu, nə qədər rotorik sual olsa da, faktlar və ümumi mənzərə belə olması ehtimalını da istisna etmir.

Faktiki olaraq, Ruslan Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlarda narazılıq yaranır, problemlərin həll edilməməsi bu narazılığın böyüməsinə və siyasiləşməsinə, radikal müxalifətin də bundan dövlətə qarşı istifadə etməsinə səbəb olur.

Ruslan Əliyevin isə problemləri həll etmək əvəzinə, məsul olduğu sahədə qohumluq şəbəkəsi yaratdığına dair məlumatlar yayılır. Belə ki, onun özünün və yaxınlarının biznes obyektlərinə qazın verilməsini pulsuz həyata keçirdiyi deyilir. Bu obyektlərə verilən qazın pulu isə vətəndaşların "belinə yüklənir”.

Bu qurumun fəaliyyətində ciddi korrupsiya hallarının olmasına dair şübhələrin olduğu sirr deyi. Artıq hüquq-mühafizə orqanlarının "Azəriqaz”da da yoxlamalar aparması ilə bağlı əhalidən çağırışlar gəlir.

Belə həssas dövrdə sosial narazılıq yaradan qurumun fəaliyyətinin yoxlanılmasına həqiqətən böyük ehtiyac var, əks təqdirdə, Ruslan Əliyevin yarıtmaz fəaliyyətindən doğan narazılıqlar siyasiləşir və daha mənfi nəticələrə gətirib çıxarır..

Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər