Sosial

İstilik qiymətləri qaldırılacaq? - ““Azəriqaz”a borcun səbəbi tariflərin aşağı olmasıdır”
 
 
 
 
 
 
 
 
 
 
""Azəriqaz” İstehsalat Birliyi və "Azəristiliktəchizat” ASC arasındakı borc məsələsi hökumət tərəfindən tənzimlənir. Əvvəllər də borc məsələsi belə tənzimlənib, indi də bu istiqamətdə işlər gedir”.

Bunu Modern.az-a "Azəriqaz” İstehsalat Birliyinin ittihamlarına cavab verərkən "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O qeyd edib ki, "Azəriqaz” tam haqlıdır, ortada həll edilməmiş borc məsələsi var:

"Borcun hələ də qalmasının səbəbi tariflərin aşağı olmasıdır. Biz istilik haqlarını 100 faiz yığıb "Azəriqaz”a ödəsək belə, yenə də qaz xərclərini qarşılmağa kifayət etmir. Baxmayaraq ki, digər xərclərimiz – su, elektrik enerjisi, əməkhaqqı və s. də var. Amma bununla bağlı da aidiyyəti üzrə müraciət etmişik, iş gedir. Bu məsələ həmişə hökumət tərəfindən tənzimlənir”.

Qeyd edək ki, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev açıqlamasında "Azəristiliktəchizat" ASC-nin onlara 29 milyon manat borcu olduğunu söyləyib. O "Azəristiliktəchizat”ı bu şəkildə ittiham edib:

"Borc hələ ödənilməyib. Sadəcə olaraq biz əhalinin istilik sistemi ilə təmin edilməsi üçün yenidən qazın açılışını bərpa etdik. "Azəistiliktəchizat" iddia edir ki, əhaliyə istilik sisteminin verilməsində qiymət ucuz olduğu üçün onlar həmin məbləği ödəyə bilmirlər. Yəni onlar əhalidən istilik sisteminə görə ödənişləri alır, amma bu, qazın ödənişinə çatmır. İndiyə qədər bizdən aldığı borcun 30 faizini ödəyə bilməyib. Biz isə aldığımız qazın məbləğini Azərbaycan Dövlət Neft Şirkətinin digər qurumuna tam ödəyirik. Bizim ödəmələr tam şəkildə həyata keçir".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər