Gündəm

“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
 
 

 
 
 
Dövrümüzdə, demək olar ki, hər sahə elektronlaşır. Son zamanlar pandemiya şəraiti, komendant saatının tətbiq edilməsi bir çox sahələrin daha da sürətlə elektronlaşmasına səbəb olur. Təəssüf hissi ilə demək lazımdır ki, bunu "Azəriqaz” İstehsalat Birliyinə şamil etmək mümkün deyil.

Belə ki, Birliyin mənzillərə quraşdırdığı sayğaclar üçün onlayn ödəniş etmək mümkün deyil. Bunun üçün gərək vətəndaşlar "Milliön” və bu kimi digər aparatları mağaza və ya dayanacaqlardan tapıb kartlarına ödəniş etsinlər. Bu da indiki zamanda çox çətindir. Payız-qış fəslinin düşməsi qaza olan tələbatı artırıb. Üstəlik, komendant saatının tətbiqi ilə əlaqədar saat 21:00-dan sonra çölə çıxmaq qadağandır. Kiminsə gecə saatlarında balansı bitsə, qazı kəsilsə, səhərin açılmasını gözləməkdən başqa çarəsi yoxdur...

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov AYNA-ya deyib ki, smart kart tipli sayğaclara onlayn ödəniş olunmamasının səbəbi onun istehsalçısı olan Fransanın "İtron Gallus” şirkətinin bu sayğacları oflayn rejimdə istehsal etməsidir: "Yalnız xüsusi kartoxuyucular var ki, onlar vasitəsi ilə onlayn smart kartlar üçün ödəniş etmək mümkündür. Başqa cür təəssüflər olsun ki, bu, mümkün deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə AYNA-ya bildirib ki, həmin kartoxuyucuların qiyməti bahadır: "Həmçinin, Azərbaycanda hər yerdə bu kart oxuyan aparatı almaq mümkün deyil. Deməli, problemin həlli üçün yeni elektron sayğaclar quraşdırılmalıdır. "Azəriqaz”ın da yeni elektron sayğaclara kütləvi şəkildə keçəcəyinə inanmıram”.

"Amma ölkədə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı söhbətlər gedir. Ola bilər ki, qazpaylayıcı şirkətlər özəl şirkətlərə bir neçə illik və ya uzun müddətə icarəyə verilsin. Bu da dövlətin qərarından asılı olacaqdır. Əgər özəl şirkətlər ilə anlaşma olarsa, o zaman onların qarşısında onlayn ödənişi mükün olan sayğaclara keçməyi şərt kimi qoymaq olar”, - Cəfərli vurğulayıb.

Ekspert indiki halda inanmır ki, SOCAR onlayn ödəniş etmək mümkün olan sayğacların quraşdırılmasını təmin etsin: "Ona görə də vətəndaşlar sayğaca nəzarət etməlidir ki, gecə qaz bitəndə qazsız qalmasınlar. Həmçinin, həmin sayğaclarda limit bitəndə 1 manat kredit götürmək olur. "Azəriqaz” indiki vəziyyəti nəzərə alaraq 1 manat məbləğində olan kreditini 2-3 dəfə artıra bilər. Bunu etmək "Azəriqaz” üçün heç də çətin deyil və bu, problemi həll etməsə də, vəziyyətdən çıxış yolu ola bilər”.

(GundemXeber.az)
 
 


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər