Gündəm

Qarabağ döyüşlərində 5 il döyüşmüş zabitin həyat yoldaşı,Pirallahı rayon sakini ölkə Prezidentindən imdad dilədi-Video



 
 
 






Qarabağ uğrunda gedən döyüşlərdə canını, qanını qoyaraq düşmənlə 5 il üz-üzə döyüşən bir Azərbaycan zabitinin həyat yoldaşı yaşlı Tamella ana çox acınacaqlı və çarəsiz durumda, mətbuata üz tutaraq Ölkə Rəhbərliyindən imdad dilədi!!!
Pirallahı rayon Gülgan qəsəbəsində yaşayan Xankişiyeva Tamella Aqas qızı, uzun illərdir ki, mənzilində təbii qazın olmamasından əziyyət çəkir!
Belə ki, ətraf qonşularının təbii qazla təmin olunmasına baxmayaraq, illərdən bəri Tamella ananın yaşadığı ünvana  təbii qazın çəkilməsi problemə çevrilib... Ömür gün yoldaşını itirdikdən sonra, ağır xəstəlikdən əziyyət çəkən iki övladına həm atalıq, həm də analıq edən Tamella ana turizm  sahəsi geniş olan, istirahət zonası kimi tanınan Pirallahı rayonunda xəstə övladları ilə birlikdə bir daxmada yaşayırlar. "Bir üzü kişi, bir üzü  qadın" olan  Tamella ana ailənin yeganə gəlir mənbəyidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, iki övladının ağır xəstəlikdən əziyyət çəkməsi, ailənin bütün yükünü Tamella ananın çiyinlərinə salmışdır. Bu yaşında iki xəstə övladlarına və bir də məktəbli qız nəvəsinə min cür əzab əziyyətlə himayədarlıq edən yaşlı Tamella ananın çiyinlərinə düşən ailə yükü azmış kimi, hələ üstəlik qışın şaxtasında, yayın qızmar günəşində hər gün küçələrdən topladığı odun şələsi də onun çiyinlərini yara edib.!
Səbəb isə çarəsiz durumda yaşayan kişi qeyrətli Tamella xanımın daxmasına illərdir təbii qazın çəkilməməsidir!
Əziz oxucular!
"DogruXeber.az” informasiya agentliyinə üz tutan yaşlı və fədakar ana Pirallahı rayon Gülgan qəsəbə sakini Xankişiyeva Tamella Aqas qızı, mənzil-kommunal təsərrüfat birliyində xadimə işləyir... Dəfələrlə problemlərindən dolayı Pirallahı rayon icra hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlunun qapısını döyməsinə baxmayaraq, təəssüflər olsun ki İcra hakimiyyəti tərəfindən bir çox bəhanələr gətirilərək, heç bir köməklik göstərilməmişdir.!
Belə ki bir ay öncə, "DogruXeber.az”ın redaksiyasına üz tutaraq bu məsələnin ictimailəşdirilməsini bizdən xahiş edərək, yorğun və yaşlı gözləri ilə Ölkə Başçısı Cənab İlham Əliyevdən imdad diləyən Tamella ananın şikayətlərini dinlədikdən sonra, biz də öz növbəmizdə Pirallahı rayon icra hakimiyyəti ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı olanları Pirallahı rayon icra hakimiyyəti başçısı Cənab Vasif İmanovun birinci müavini  Səfixanov Vəzir Çərkəz oğlunun diqqətinə çatdırdıq! 
Xankişiyeva Tamella Abas qızının şikayət dolu problemlərini, həmçinin ailənin acınacaqlı və ağır durumda olduğunu təfərrüatları ilə rayon icra hakimiyyətinin birinci müavininə bildirdikdə, rayon icra hakimiyyətinin müavini Səfixanov Vəzir Çərkəz oğlu bizə, bu işlə bağlı məlumatlı olduqlarını və Tamella anaya lazımi köməklik göstəriləcəyi vədini verdi... Verilən vəddən bir gün sonra Tamella ananın xadimə işlədiyi Mənzil-kommunal təsərrüfat birliyinin müdiri redaksiyamızla əlaqə saxlayaraq bizə söylədi ki, Xankişiyeva Tamella Abas qızı  müəyyən ərzaq yardımı ilə təmin olundu və bundan sonra da ona problemlərinin həlli istiqamətində köməklik göstəriləcək.!
Tamella anaya illərdir yalan vədlər verərək, icra hakimiyyətinin inzibati binasından uzaqlaşdıran Pirallahı rayon icra hakimiyyəti bizi də aldatdı!!!
Belə ki, yeniden redaksiyamıza üz tutaraq Pirallahı rayon icra hakimiyyətindən giley- güzar dolu şikayətlənən Tamella ana, hələ də problemlərinin həll olunmadığını göz yaşları içində bizə bildirdi...
"DogruXeber.az”  informasiya agentliyi olaraq Tamella ananın şikayət dolu problemini ictimailəşdirərək, aidiyyatı qurumlara və əlbəttə ki, başda Ölkə Prezidenti Cənab İlham Əliyevə çatdırmaq qərarına gəldik!!!
Pirallahı rayonunda Turizm sahəsinin geniş olduğu, istirahət zonası kimi böyük imkanlara malik bir rayon rəhbərliyinin əlində Tamella ananın problemlərini həll etmək nə qədər çətin iş imiş???
Rayon rəhbərliyinin böyük imkanlara malik olduğunu biz çox gözəl bilirik.. Rayon icra hakimiyyətinin başçısı Cənab Vasif İmanov istəsəydi  daxili vəsaitlər hesabına Tamella ananın və onun kimi yüzlərlə problemli vətəndaşların problemlərini anında həll edə bilərdi.Əgər belə bir addım atılmırsa, deməli başqa məqsədlər vardır!
Yaşlı Tamella ananın illərdir problemlərinə çarə qılmayan Pirallahı rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara qarşı belə biganəlik və  laqeydliyin nəticəsində vətəndaşlar acınacaqlı və   ağır durumda yaşayırlar!
Belə olan halda, vətəndaşları məcbur edirlər ki, öz problemlərinin həllini mətbuat orqanlarında axtarsınlar.. Axı niyə vətəndaşları buna məcbur edirlər???
Bu sualın altında ciddi qaranlıq məqamlar görünməkdədir!
Bu yazımızdan sonra inanırıq ki, Ölkə Başçısı Cənab İlham Əliyevdən imdad diləyən Tamella ana ve onun kimi problemli vətəndaşlarımızın problemləri Pirallahı rayonunda yəqin ki ,öz həllini tapacaqdır.!
Haqqı və hüquqları tapdanmış vətəndaşların haqlı narazılıqlarını Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə çatdırmaqda israrlıyıq!!!
Söz haqları olduğu üçün mövqeylərini dərc etməyə hazırıq..
Bizi izləməyi unutmayın!!!
"DogruXeber.az”

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər