Gündəm


MUMtv.az: - "Akkord” Şirkətlər Qrupu JAMAZ.İNFO-nun baş redaktoru Firkət Fəraməzoğluna qarşı fırıldaqçılıq edib. Bu barədə açıqlama verən baş redaktor deyib ki, sözügedən şirkət ona satdığı mənzilin sahəsini böyük göstərməklə, artıq ödəniş olaraq əlavə pul alıb.

Fikrət Fəraməzoğlu deyib ki, 2012-ci il mayın 14-də "Akkord” Şirkətinin Bakıxanov qəsəbəsində inşa etdiyi "Uğur-2” Yaşayış Kompleksindən ipoteka yolu ilə mənzil alıb. Mənzil alarkən şirkətlə bağladığı müqavilədə mənzilin sahəsi 82.1 kvadrat metr göstərilib. Hər kvadrat üçün hesablanan məbləğ isə 617 manat olub.

Baş redaktor bildirir ki, 5 illik ipoteka yolu ilə aldığı mənzilə görə, "Akkord”a 7700 manat ilkin ödəniş edib. Onun sözlərinə görə, oktaybrın 17-nə kimi hər ay şirkətə 830 manat pul ödəyib. "Noyabrın 17-dən isə şirkət bütün mənzillərə görə ödənişin Beynəlxalq Banka ediləcəyi barədə xəbərdarlıq etdi və bizim sənədlərimizi yığıb banka verdilər. Həmin vaxtdan etibarən 2019-cu ilə kimi, mən mütəmadi olaraq hər ay 800 manat pul ödəmişəm. Hətta haqsız və qanunsuz olaraq həbsdə olduğum 3 il ərzində də ailəm ödənişləri dayandırmayıb. Əksinə, mütəmadi olaraq ödənişlər edib”.

Fəraməzoğlu deyir ki, toplam 70 min manata yaxın pul ödəsə də, 7 ildən sonra məlum olub ki, "Akkord” onu aldadıb və əlavə pul alıb. Belə ki, çıxarışla təmin olunması zamanı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları mənzilin sahəsini ölçüblər. "Ölçülən zaman məlum oldu ki, "Akkord”un mənə 82.1 kvadrat metr adı ilə satdığı mənzilin ümumi sahəsi 71 kvadrat metrdir. Yəni, mən bu illər ərazində hər ay şirkətə 11 kvadratın pulunu əlavə ödəmişəm. Bunun adı fırıldaqçılıqdır, dələduzluqdur”.



JAMAZ.İNFO-nun rəhbəri qeyd edir ki, məsələ ilə bağlı şirkətə müraciət edərək, ona dəymiş zərərin ödənilməsini tələb edib. Lakin şirkət onun müraciətinə nəinki cavab verib, hətta buna əhəmiyyət belə verməyib. Ona görə də, Fikrət Fəraməzoğlu haqqını tələb etmək üçün qanunla nəzərədə tutulmuş bütün vasitələrdən istifadə etməyə qərarlaşıdırıb. O, "Akkord” Şirkətlər Qrupunun məhkəməyə verməyi qərara alıb. "Bu şirkət açıq şəkildə fırıldaqçılıq, dələduzluqla məşğuldur. Vətəndaşları aldatmaqla onlardan əlavə pul qazanıb ki, bunun qanunla adı etibardan sui istifadə etməklə dələduzluqdur. Ona görə də, qərara almışam ki, "Akkord”u məhkəməyə verim. Həm məni aldatdığı üçün, həm də dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədi ilə”.

Firkət Fəraməzoğlu onu da bildirib ki, "Uğur-2” kompleksində 1850 mənzil var. "Bu təkcə mənə qarşı edilmiş fırıldaqçılıq deyil, həmçinin həmin kompleksdə yaşayan insanlara da qarşı edilib. "İndi araşdırırıq, eyni problemi olan şəxslərin də məhkəməyə müraciət etməsi və haqqlarını tələb etməsi üçün yardım etməyə çalışacağıq. Gərəkəcəksə "Akkord”un binası qarşısında etirazımızı da bildirəcəyik”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər