Gündəm

Bir Allahın qulu razı deyilsə, bu, necə sosial layihədir?! -

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) "Kirayə evlər” layihəsi ətrafında müzakirələr səngimir. Mütəxəssislər bu layihənin şərtlərindən narazıdırlar. Xüsusilə "kirayə evlər” adı ilə satışa çıxarılacaq mənzillərin qiyməti araşdırmaçıları qane etmir.

Bəs, sıravi vətəndaşlar, mənzilə ehtiyacı olan insanlar üçün necə, sözügedən layihənin şərtləri, orada satışa çıxarılacaq mənzillərin qiymətləri qənaətbəxşdirmi?

AYNA bunu araşdırmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

Murad Əhməd: "Məsələ şərtlərin qane edib-etməməsində deyil. Bu şərtlər Bakıda pulu olan minlərlə adamı qane edə bilər. Kimlər üçünsə 8-10 min manat ilkin ödəniş böyük pul deyil. Məsələ ondadır ki, İpoteka Fondu bir ildir, mənzillərin bazar qiymətinə olacağını elan edirdi. Amma hələ rəsmi elan olunmasa da, Günəşlidə bir mənzili 170-200 min manata satışa qoyublar. Mətbuatda gedən bu məlumatı da İpoteka və Krdit Zəmanət Fond təkzib etmədi. Deməli, yalan danışıblar”.

Ülviyyə Şahin: "Bu layihə də öz biabırçılığı ilə gündəmə damğasını vurdu. Evsizlikdən əziyyət çəkən və bu layihəni səbirsizlikə gözləyən minlərlə insanın ümidlərini heçə endirdi. Bu, sadəcə milləti dolamaq idi. Əla alındı! Sosial evlərə kimlər müraciət edib, kimlər əldə etdilərsə, eyni insanlar da kirayə evlər layihəsinə müraciət edəcəklər. Bir sözlə, kasıb və aztəminatlı ailələrə vətəndə yer yoxdur”.
Elçin Hüseynov: "Bu layihə məni heç bir halda qane edə bilməz. 7122 manat ilkin ödəniş edə bilən və hər ay 594 manat kirayə pulu verən şəxs bu cür təklifi dəyərləndirməkdənsə, yeni tikilmiş binalarda daxili kreditlərlə mənzil ala bilər. Adını qoyublar "sosial layihə”, amma həm qiymət, həm də göstərilən şərtlər sosiallıqdan çox uzaqdır. Şərtlərə görə, kirayə mexanizminə müraciət edənlər dövlət idarələrində işləməli, bir sözlə, məmur olmalıdırlar. Qısacası, ipoteka layihəsi kimi bu layihə də iflasa uğrayacaq”.

Kənan Paşabəyli: "Birmənali şəkildə bu layihə məni qane etmir. Heç bazar qiymətinə yaxın olmayan bir qiymətlə necə razı olmaq olar?! Belə evlərə ehtiyacı olanların çoxu gənclərdir. Gənclərdə də o qədər pul hardandır? Qısası, çox uğursuz bir layihə oldu”.

Şahpəri Abbasova: "Öz namusu ilə halal pul qazanan vətəndaş üçün deyil o şərtlər! Fantastik qiymətlər oxuyurlar. Adi vətəndaş necə ödəyə bilsin?! Axı hamı rüşvət almır, hamının həcisi yoxdur”.

Pərviz Sadiqov: "İpoteka krediti qədər qəliz və bazar qiymətindən bahadır bu evlər də”.

Asim Kazımlı: "Digər şərtlər bir yana, məhkumluğun olmaması şərtini bəyənmədim. Bir dəfə məhkum olmuş insan artıq növbəti həyatını qurmaqda çətinlik çəkir. Bu, dövlətin layihəsidir. Dövlət vətəndaşları belə ayırmamalıdır. Ehtiyatsızlıqdan, imkansızlıqdan məhkum olanlar da var. Məhkumluqdan sonra heç bir yerdə iş tapmayan və imkansızlıqdan təkrar cinayət törədən insanlarımız da var. Bunda da dövlət və onları dışlayan cəmiyyətimiz məsuliyyət daşıyır”.

Orxan Kərimov: "Əlbəttə ki, şərtlər qane etmir. Hansı meyarlara əsasən belə qiymətlər təyin edilib? Qiymətlərə yenidən baxmalıdırlar”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər