Gündəm

Sahil Babayevin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Avalon-12” QSC və "Kriptonit İnşaat” MMC ilə maliyyə dəyəri 6 257 745.36 AZN olan müqavilə imzalayıb. "Reportyor.info” xəbər verir ki, müqaviləyə əsasən sözügedən şirkətlər nazirliyin tabeliyindəki "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) Abşeron "DOST” mərkəzinin əsaslı təmir işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Avalon-12” QSC 26 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 100-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mirəzyev Fariz Dədəş oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtaşırı bu şirkətə müraciə edir. Məsələn, ötən il nazirliklə şirkət arasında 360 709.36 AZN dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət 13 gün ərzində Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işlərini həyata keçirib.
Məsələ burasındadır ki, sözügedən tender 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin daha əvvəl Heydər Əliyev Fondu tərəfindən təmir olunandan sonraelan edilib. Müəssisənin Fond tərəfindən təmir olunması barədə həm rəsmi mənbələrdə, həm də mətbuatda yetəri qədər məlumat var. Digər tərəfdən, həmin ərəfədə 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin baş mühasibi mediaya açıqlama verib ki, müəssisə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və yaxın zamanlarda müəssisədə heç bir təmir işi gözlənilmir.
2019-cu ilin oktyabrında isə nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi işlərini də "Avalon-12” yə həvalə edib. Bağlanmış müqavilənin məbləği 20 milyon 610 min manatdır.
Yenə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Avalon-12” arasında maliyyə dəyəri 2 milyon 980 min manat olan müqavilə imzalanıb. Müqavilədə Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iri məbləğli tenderlərini əsasən bu şirkət udur.
Maraqlıdır ki, milyonluq layihələri həyata keçirən şirkət və onun sahibi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
"Kriptonit İnşaat” MMC-yə gəlincə, şirkət 16 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınıb. Hüquqi ünvanı İmişli rayonu, Mürsəlli, ev 1, mənzil 1-də yerləşən şirkətin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Səfərli Seyran Eldar oğludur.
Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Nizamnamə kapitalı 10 AZN olan 4 ayın şirkətinə hansı səbəbdən iri məbləğli sifarişlərin verildiyi sualı da açıq qalır.

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər