Gündəm

 “Proqress 2016” MTK qurbanları PA önündə aksiya keçirəcək - ETİRAZ
 
 
 
 
 

 
 
Abşeron rayonunda inşa edilmiş "Proqress 2016” MTK-ya məxsus binadan mənzil alarkən fırıldaqla üzləşmiş payçılar yenidən etiraz aksiyasına hazırlaşır.

Reportyor.info-ya istinadən Mumtv.az bildirir ki, bubarədə  məlumat verən bir qrup şikayətçinin sözlərinə görə, yaxın günlərdə Prezident Administrasiyası və Baş Prokurorluq qarşısında toplaşacaqlar.

"Proqress 2016” MTK rəhbəri Emil Səməndərov tərəfindən aldadıldığını deyən payçılar səslərini Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə çatdırmaq niyyətindədirlər.

Onlar bildirirlər ki, E.Səməndərov və onun komandası sakinləri aldadıb, bir mənzil bir neçə nəfərə satılıb. Əldə etdiyimiz xəbərə görə, hazırda iş hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi məsələdən agahdır. Narazılar aksiyada "Proqress 2016” MTK rəhbəri Emil Səməndərov barəsində araşdırma aparılmasını, cinayət işi açılmasını tələb edəcəklər.

Onlar deyirlər ki, düzgün araşdırma aparılmalı, mənzil alan şəxslərin evləri təhvil verilməlidir. Amma şirkət rəhbəri nə mənzil alan vətəndaşların problemini həll edir, nə də evlərinə köçə bilirlər.

Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə "Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış.

Sonra bu və buna bənzər digər əməllərinə görə E.Tağıyev korrupsiya faktı ilə həbs edilib. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb.

Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb.

Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun.

Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib.

"Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb. Məlumata görə, E.Səməndərovun 1,4 milyonluq maliyyə əməliyyatı barədə iş Abşeron polisinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə göndərilib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər