Gündəm

Jurnalistlərə mənzil paylanmasında rüşvət izi…
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə bağlı aparılan istintaqın əsas istiqamətlərindən biri jurnalistlər üçün tikilmiş binalarla bağlıdır. Fondun hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərliyə qarşı irəli sürülən ittihamlardan biri də həmin binaların tikintisi üçün büdcədən ayrılmış vəsaitin bir hissəsinin mənimsənilməsi ilə əlaqəlidir. Binaları inşa etmiş "Portos” MMC-nin rəhbəri Nadir Nəmmədov da həbs olunub.

Amma V.Səfərliyə bu iş çərçivəsində əlavə ittiham irəli sürüləcəyi istisna olunmur. "Press Klub”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mənzillərin paylanmasında rüşvət amili ilə bağlı da araşdırmalar aparılır. Dindirmələr zamanı ifadələrdə mənzillərin paylanması zamanı rüşvət alınmasına dair şübhələr ortaya çıxıb. Ona görə, istintaqda bu məqam da ayrıca araşdırılır. Məhz bu məsələ ilə əlaqədar dindirilənlər də var.

Xüsusən 2017-ci ilin iyulunda təhvil verilmiş ikinci bina ətrafında daha çox qanunsuzluqlar aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, rəsmən müəllim işləyən şəxsə jurnalist kimi mənzil verilib. Bir sıra şəxslərin rüşvət müqabilində həmin binalarda mənzil sahibi olduğu ortaya çıxıb. Rüşvət verənlər arasında dövlət orqanlarının mətbuat xidmətlərində çalışmış şəxslər də var.

Məlumatlı mənbənin sözlərinə görə, vaxtilə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsində Əli Həsənovun rəhbərliyi altında çalışmış şəxslər də istintaqa cəlb olunaraq dindirilir. Çünki mənzillərlə bağlı ifadələrdə onların da adları çəkilib.

Mediada Mətbuat Şurasının sədri Əflatun Amaşovun da istintaqda dindirilməsi barədə məlumat yayılıb. Lakin Ə.Amaşov bu xəbəri təkzib edib.

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev jurnalistlərin binasından mənzil əldə etmək üçün rüşvət verilməsini "korrupsiya içində korrupsiya” hesab edir. Agentlik rəhbəri bu məsələni "Press Klub”a şərh edərək bildirdi ki, jurnalistin hökumətdən ev alması özü-özlüyündə korrupsiyadır:

"Mən ümumiyyətlə, jurnalistlərə mənzillərin paylanmasının əleyhinə olmuşam. Biz "Turan” informasiya agentliyi olaraq, o binalardan mənzillərin alınmasından imtina eləmişdik. Bizə təklif etmişdilər. Şəxsən mənim özümə təklif eləmişdilər. Biz hökumətin jurnalistlərə mənzil verməsini də korrupsiya halı sayırıq. Azərbaycan jurnalistlərinin Peşə Əxlaqı Qaydalarına baxsaq, görərik ki, 4-cü prinsip hökumətdən mənzil və ya başqa bir qiymətli hədiyyə almağı tam qadağan edir. Təəssüf ki, hökumət jurnalistikanı dilənçi gününə salıb. Sonra da rüşvət formasında mənzil verilir ki, onun elədiklərinə göz yumsunlar, loyal olsunlar. Bu, siyasi korrupsiyadır. Belə bir korrupsiya vəziyyətində bu işi icra edənlər – evləri paylayanlar da öz səviyyələrində korrupsiya ilə məşğul olublar. Yəni korrupsiya içində korrupsiya… Ona görə də ilk növbədə hakimiyyəti qınayırıq ki, korrupsiyaya şərait yaradır”. //pressklub.az/

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər