Gündəm


MUMtv.az: - Tovuzun Qovlar qəsələbə sakini Lətifə Hüseynova redaksiyamıza maraciət edərək, "AENTE” şirkəti tərəfindən aldadıldığını bildirib. O, "AENTE” şirkəti tərəfindən inşa edilən binadan üç otaqlı mənzil alıb. Lakin sonradan məlum olub ki, ortada 400 nəfərə yaxın zərərçəkmiş var. Yəni, bir mənzil bir neçə nəfər satılıb. Uzun məhkəmə çəkişmələrindən sonra AENT-E” MMC-nin direktoru Əkbər Cəfərovun imzasıyla onlara binanın aşağı hissəsində əlavə ödəniş alınmaqla obyekt verilib. Hüseynovlar ailəsinin əlində hazırda obyektin rəsmi sənədləri olmasına baxmayaraq, qanuni əmlaklarına daxil olmalarına icazə verilmir:

"Hörmətli cənab Prezident,

Mən, Lətifə Hüseynova Tovuzun Qovlar qəsəbəsindənəm. 33 ildir pedoqoji fəaliyyətlə məşğulam. Hazırda iki oğlum Rahib və Emin Hüseynovlar 6 saylı cəzaçəkmə məntqəsindədir. Yeganə iki övladımız var. Həyat yoldaşım 68 yaşlı İsmayıl Hüseynov yataq xəstəsidir. Məhkəmə saxtakarlığıyla üzləşmişik.

Bakıda Gəncə prospektində "AENTE” firmasının inşa etdiyi binada üç otaqlı mənzil almaq üçün qeydiyyatdan keçmişdik. Bir neçə il 72000 azn pul ödədik. Daha sonra mənzilin 4-5 adama satıldığını öyrəndik. "AENTE” firmasını məhkəməyə verdik. Hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən Apellyasiya məhkəməsi tikinti rəhbərliyinin xeyrinə qərar çıxardır. Hakim Tofiq Səmədov qərardan narazı qalan şikayətçilərə və bizə "kimə istəyirsiniz şikayət edin” deyə cavab verir. Həyat yoldaşım uzun illər sahibkarlıq fəaliyyətiylə məşğul olub. Həyat yoldaşım eyni zamanda "Qızıl Qələm” mükafatı lauretı və Yazıçılar Birliyinin üzvüdür.

"Arsenal” adlı ailə fermer təsərrüfatı yaratmışdıq. Təsərrüfatda 10000 xırda davar və 1000 baş iribuyunuzlu cins inək və 60 hektar da pay torpağımız olub. Hazırda əlində bir quzu da qalmayıb. Ailə təsərrüfatımız planlı şəkildə əlimizdən alınıb.

Tovuzda Qovlar şəhərinin Kazım Məmmədov 49 A ünvanında həbsdə olan oğlanlarımdan birinin adına ev yerləşir. Sözügedən ev həm də ata-baba yurdumuz sayılır. Daha sonra hakim Tofiq Səmədov evə həbs qoydurub. Hazırda yeganı evimiz əlimizdən alına bilər. Nazirlər Kabinetinin də qərarı var ki, yeganə evə həbs qoyula bilməz. Cənab Prezident, həyat yoldaşım Tovuzun tanınmış iş adamlarından olub. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə onun tapşırığıyla Tovuzda təsərrüfat qurub. Sizin və Ümumilli liderimizin Prezident Sarayında çıxış etdiyi iclaslarda iştirak edib.

Cənab Prezident, sizdən bizə yardım etməyinizi xahiş edirik. Əgər, yeganə evimizdə əlimizdən alınarsa, qalacaq yerimiz yoxdur”. //hurriyyet.az//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər