Gündəm


Səbinə Əliyevanın mənzil satışına dair təklifinə ETİRAZ:
"Xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan mənzillərin satılmasına qadağa qoymaq yox, əksinə ev alan vətəndaşın mülkiyyət hüququ bərpa edilməlidir”.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva bəzi mənzillərin satışının məhdudlaşdırılmasını təklif edib. Təklifə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulmalıdır.

İrəli sürülən təklifi dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Obdusmanın irəli sürdüyü təklif vətəndaşın mülkiyyət hüququ ilə bağlı mövcud problemlərinin həllinə şərait yaratmayacaq:

"İstənilən çoxmərtəbəli bina inşa olunmadan əvvəl bütün aidiyyatı dövlət orqanlarından müvafiq sənədlər yığılır. Sənəddə tikinti icazəsi üçün lazımi olan bütün məlumatlar toplanır, möhürlənir və daha sonra binanın tikintisinə başlanır.

Hətta tikinti prosesinin gedişinndə mütəmadi monitorinqlər keçirilir ki, layihədən kənara çıxılmasın. Yəni bir binanın inşası aidiyyatı qurumların xəbəri olmadan, qanunsuz şəkildə həyata keçirilə bilməz.

Vətəndaşlar külli miqdarda vəsait ayıraraq inşa olunan binalardan ev alırlar. Lakin məlumdur ki, mənzillərin əksəriyyətinin çıxarışının olmaması ilə bağlı problem uzun illərdir davam edir.

Belə ki, vətəndaş ev alanda çıxarış verilmir və vətəndaşa məxsus mənzilin mülkiyyəti hüququ tanınmır. Əgər bina inşa olunandan sonra mənzil alan vətəndaşın adına ünvan verilibsə və kommunal idarələr bu ünvanı qəbul edibsə, bu halda ev sahibinə çıxarış mütləq verilməlidir. Çünki çıxarışı olan mənzillər avtomatik sığortalanır”.

Elnur Fərzəliyev qeyd edib ki, mövcud şəraitdə çıxarışı olmayan mənzilləri sığortalamaq sığorta şirkətləri üçün maraqlı deyil:

"Ona görə ki, müqavilə mülkiyyət hüququ kimi qəbul olunmur. Mülkiyyət hüququ toxunulmazdır. Dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən mənzillərin satışına qadağa qoyularsa, bu, vətəndaşların hüquqlarının tapdalanmasıdır.

Binanın çıxarışının olmaması vətəndaşın günahı deyil. Çünki vətəndaş şirkətə inanaraq, inşa olunan binadan mənzil alıb. Çıxarışı olmayan binadan ev almaq ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün də maraqlı deyil. Ümumilikdə Ombudsmanın irəli sürdüyü təkliflə razılaşmıram. Bu təklif qəbul olunarsa, vətəndaşlar pis vəziyyətdə qalacaqlar”.

Son xəbərlər

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

Bütün xəbərlər