Sosial

Sakinlər prezidentə şikayət etdi – “6 ildir bizi aldadırlar”















Mediada dəfələrlə əvvəllər adı “Evrostroy”MTK olan və sonradan “Sipark” MTK adlandırılan şirkət haqqında xəbərlər dərc olunub. Hətta yazılarının bəzilərinin saytlardan sonradan silindiyinin də şahidi oldum.
İnternetdə axtarış zamanı adıçəkilən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı yerli saytlardan birinə verdiyi açıqlama gözümə sataşdı. Xanım qeyd edir ki, yayılan məlumatlar qərəzlidir və qarayaxma məqsədi daşıyır. O, hətta açıqlamasında Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan da danışaraq vurğulayır ki, ölkə baçısı sahibkarlara dəstək olduğu bir zamanda saytlar adıçəkilən şirkət haqqında xoşagəlməz fikirlər yazırlar.

Hörmətli “Sipark” rəhbərliyi buyursun yazıdan qeyd olunan faktlara aydınlıq gətirsin.

Əvvəlcədən qeyd edim ki, yazını yazmaqda məqsədim sırf aldadılan insanların hüquqlarının bərpasıdır, heç bir qralama filan məqsədi də daşımır.

Sipark MTK, vaxtilə “Evrostroy”MTK adlanan şirkət Milli Elmlər Akademiyasının Fizika İnstitutunun işçiləri üçün Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsində yaşayış binası inşa edib. Rəsmi müqaviləyə əsasən (Müqavilə yazıya əlavə edilib - red) şirkət 2013 –cü ildə binanı tikib təhvil verməli olub. Sonradan vədinə əməl etmədiyindən müddət 2015-ci ilədək uzadılıb. Söz verilib ki, 2015-ci ildə bina tam şəkildə istismara təhvil veriləcək. O zamandan bu günədək şirkət buradan ev alan sakinlərin gününü qara edib. Dəfələrlə cəhd etsələr də şirkət rəhbərliyi sakinlərlə görüşdən imtina edib. Çarəsiz qalan, aldadıqlarını iddia edən sakinlər isə son ümid yeri olaraq dövlət başçısı İlham Əliyevə müraciət ediblər.

59 sakinin imzaladığı müraciətdə qeyd edilir:

“Cənab Prezident, Biz, əvvəllər “Evrostroy” MTK (bundan sonra Sipark olaraq qeyd ediləcək) kimi tanınan və adı sonradan dəyişdirilərək “Sipark”MTK olan şirkətin Əsəd Əhmədov küçəsində Milli Elmlər Akademiyasının Fizika İnstitunun əməkdaşları üçün inşa etdiyi binanın sakinləri 6 ildir ki, şirkətin süründürməçiliyindən, özbaşınalığından əziyyət çəkirik. Son ümid yeri olaraq Sizə müraciət etməyi qərara aldıq. Təəssüflər olsun ki, bir çox şirkətlər, “Sipark” MTK daxil olmaqla Sizin sahibkarlarla bağlı humanist qərarlarınızdan sui istifadə edərək vətəndaşları aldadır və narazı salırlar.

“Sipark” MTK tərəfindən bağlanmış müqavilədə binanın 2013-cü ildə təhvil verilməsi ilə bağlı öhdəlik yerinə yetirilmədiyindən bu müddət 2015-ci ilədək uzadıldı. Lakin 2015-ci ildə də bina təhvil verilmədi. 4 il sonra çoxsaylı şikayətlərimizin nəticəsi olaraq “Sipark”MTK rəhbərliyi qaz, su, işıq sayğacları üçün hər evdən 1200 AZN pul yığdı. Qeyd edilən məbləğ binanın 80 faiz sakini tərəfindən ödənildi. Lakin bu günə qədər bina hələ də istismara təhvil verilməyib. Şirkətin rəhbərliyi bizi saymır, dəfələrlə görüşmək istəyib problemimizi demək istəsək də buna nail ola bilməmişik.

Cənab Prezident, Sizdən problemin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin göstərişlərinizdən sonra, müvafiq qurumlar məsələyə müdaxilə edəcək, “Sipark”MTK rəhbərliyinin özbaşınalığına son qoyulacaq və yaşadığımız bina istismara təhvil veriləcək. Ümid edirik ki, bundan sonra biz mənzillərimizin çıxarışlarını ala biləcəyik”.

Ümid edirəm yazıdan sonra Sipark rəhbərliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri xanım İradə Nurəddin qızına əziyyət verib saytalara zəng etdirmək əvəzinə 59 sakinin məcbur qalıb dövlət başçısına qetdiyi müraciətdə qeyd olunan problemin həlli ilə bağlı addım atacaq.

Unikal.org
Sakinlər prezidentə şikayət etdi – “6 ildir bizi aldadırlar”
Sakinlər prezidentə şikayət etdi – “6 ildir bizi aldadırlar”
Sakinlər prezidentə şikayət etdi – “6 ildir bizi aldadırlar”
Sakinlər prezidentə şikayət etdi – “6 ildir bizi aldadırlar”

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər