Gündəm

MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?
 
 
 

 
 
 
 
Yəqin ki, Bakı şəh., Yasamal rayonu, H.Cavid pr. 46 ünvanda tikintisi artıq başa çatmış (8 bloklu binanın) 2 blokunun tikintisi üçün pul ödəyərək, 2005-ci ildən bəri mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara bu adlar tanışdır.
 
MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?
 
 
 
 
 
 

Bina tikilən zaman asılan məlumat lövhələrində II giriş "ARAZ-T.İ.” MMC, I giriş isə "ƏCƏMİ” MMC tərəfindən tikildiyi bildirildi. Bizə verilən kassa mədaxil orderlərinin sonuncu qəbzləri isə "ARAZ” MTK-ya məxsus idi. Belə görünür ki, bu MTK və MMC-lər birgə işləyirlər.

Təəccüb doğuran odur ki, 2015-ci ildə binanın A girişinin tikintisinin qarşısında asılan məlumat lövhəsi "ƏCƏMİ” MMC-yə məxsus idi.

Tikintinin aparılma müddəti: başlanma – 01.10.2015, qurtarma – 15.03.2017-ci tarixləri göstərilirdi və son tarixə qədər elə o lövhə binanın qarşısında taxılaraq saxlanıldı.

2005-ci ildə tikintiyə başlamış "ARAZ-T.İ.” MMC 2010-cu ildə binanın B (II girişi) blokunu, 2015-ci ildə isə binanın A (I girişi) blokunun tikintisinə başlamışdır. Binalarda yaşayış olsa da bu binalar Bakı şəhər İcra Hakimiyyəti Tikintisi başa çatmış obyektin istismarı qəbul edilməsi haqda dövlət qəbul aktı verilməyən binalar sırasındadır. 2020-ci ilin sentyabr ayında "ƏCƏMİ” MMC-nin direktoru Şükürov Rəşad Tahir oğlu "ARAZ-T.İ” MMC-nin direktoru cənab R.Qazaxlıya "PRETENZİYA (07.09.2020-ci il 09/AK) təqdim etmiş və ona bildirmişdir ki, 3 gün müddətində "ƏCƏMİ” MMC ilə "ARAZ-T.İ.” MMC arasında bağlanmış 22 dekabr 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri icra etsin.

Əks təqdirdə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət ediləcəkdir.

Həmin "PRETENZİYA”-nı olduğu kimi sizin diqqətinizə çatdırıram.
 
MÜƏMMA: Dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Bundan bir qədər sonra iddiaçı "ƏCƏMİ” MMC-nin Bakı Kommersiya məhkəməsinə (müqavilənin etibarsız hesab edilməsi tələbinə dair) ünvanlanmış iddia ərizəsi bizim ünvanlarımıza gəldi.

Oxuduq və heçnə başa düşmədik. Axı biz "ARAZ T.İ.” rəhbərliyi tərəfindən 23.09.2005-ci il tarixli müqavilə və maliyyə arayışı əsasında Yasamal rayon məhkəməsinə cavabdehlər "ARAZ T.İ.” MMC və "ƏCƏMİ” MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbi ilə müraciət etdikdə "ƏCƏMİ” MMC-nin nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlu həmin müqavilənin 02.02.2016-cı il tarixdə onların qarşılıqlı razılığı əsasında ləğv edildiyi barədə sənəd təqdim edərək 13.02.2018-ci il tarixli Yasamal rayon məhkəməsinin iş № 2 (004) – 248/2018 saylı iş üzrə çıxan Qətnaməsində "ƏCƏMİ” MMC – tərəf kimi öhdəlikdən yaxasını kənara çəkmişdi. Eləcə də daha başqa bir məhkəmədə də: 06.02.2019-cu il tarixli № 2 (103) – 1201/2019 həmin (02.02.2016-cı il tarixli müqavilə) sənəd təqdim olunmuş və "ƏCƏMİ” MMC öhdəlikdən yaxasını kənara çəkə bilib.

Biz 3-cü şəxs qismində həmin məhkəmədə iştirak etdik. Ərizədə cəmi 6 nəfər qeyd olunur. 03.12.2020-ci il tarixə qədər 3 dəfə məhkəmədə iştirak etmişik. Tərəflərin heç biri məhkəməyə gəlmədiyindən və heç bir sübut təqdim edilmədiyindən hakim Zaur Pirverdiyev ərizəni baxılmamış saxladı. Sonra xəstə olmuşuq ona görə gələ bilməmişik deyə müraciət etsələr də hakim səbəbi təsdiqləyib sənəd təqdim etmədiklərinə görə Məhkəmə baxışını bərpa etməmişdir.

Yenidən ərizə yazaraq həmin iddia ərizəsi ilə məhkəmə baxışı keçirilməsini xahiş etmişlər.

01.02.2021-ci ilə baxış məhkəməsi təyin olunmuşdur.

Biz 2005-ci ildən mənzil şəraitimizi yaxşılaşdırmaq məqsədilə bu şəxslərlə mənzil almaq barədə müqavilə bağlamış şəxslərik.

22.12.2013-cü il tarixli müqavilədə 30 nəfər şəxsin adı var. Yalnız 6 nəfər məhkəməyə 3-cü şəxs kimi cəlb edilməsi təəccüblüdür.

Əsas odur ki, bu 6 nəfərin şikayəti əsasında: cavabdeh "ARAZ T.İ” MMC tərəfindən 22 dekabr 2013-cü il tarixli Müqavilənin şərtlərinə əməl olmadığından və siyahı üzrə adları göstərilən şəxslər aidiyyatı üzrə Məhkəmə orqanlarına müraciət etmişlər. Nəticədə Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar müəssisənin qanuni təmsilçisinə Cinayət məcəlləsinin 306.2-ci maddəsi ilə Cinayət işi başlanılmışdır. Bu halların baş verilməsində "ARAZ T.İ” MMC günahkardır.

İddiaçı "ƏCƏMİ” MMC-nin Şükürov Rəşad Tahir oğlunun imzası və möhürü ilə təsdiqlənmiş ərizədə "ARAZ T.İ.” MMC-nin möhrünün atındakı imzanın kimə (yəni hansı səlahiyyətli şəxs tərəfindən imzalandığı məlum olmayan) məxsus olunduğu bilinməyən İddia Ərizəsi Kommersiya Məhkəməsinə və bizə verilmişdir.

Bildiririk ki, belə Ərizədə göstərilən Şikayət Ərizələrindən məlumatımız yoxdur. Haqqında Cinayət işinin başlanıldığı bildirilən şəxsin kim olduğunuda bilmirik. Heç həmin Məhkəməyə də çağırılmamışıq. //azinforum.az//

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər