Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
YAP parlament seçkilərinə hazırlaşır
Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir.
"MUMtv.az"ın "Report"a istinadən xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur:
"Amma buna baxmayaraq, YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də hazırlıq aparır".