Gündəm
ABŞ səfiri Azərbaycandakı parlament seçkilərinə münasibət bildirib
ABŞ-ın Bakıdakı səfiri Li Litsenberger Azərbaycanın ATƏT/DTİHB müşahidəçi missiyasını 9 fevral parlament seçkilərinə dəvət etməsini alqışlayıb.
Cümə günü jurnalistlərlə söhbətində səfir ümidvar olduğunu bildirib ki, yeni parlamentdə qadınların, o cümlədən sahibkarların sayı çox olacaq.
Azad və demokratik seçkilər ölkəni irəliyə apara bilər. "Biz beynəlxalq və yerli müşahidəçilər tərəfindən seçkilərin monitorinqi üçün hökumətin hər cür şərait yaradacağını gözləyirik”, - səfir deyib.
O həmçinin ABŞ Senatının "1915-ci ildə erməni soyqırımı”nın tanınması haqda qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Litsenberger qeyd edib ki, qətnamə Ağ Evin rəsmi siyasətini əks etdirmir. O deyib ki, ABŞ və Türkiyə müttəfiq olaraq qalır, eyni zamanda NATO-da.
"Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik”, -ABŞ səfiri vurğulayıb.