Cəmiyyət

QMİ dindarlara müraciət etdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayı ilə bağlı müraciət yayıb.Mumtv.az  "Qafqazinfo"ya daxil olan məlumata əsasən bildirir ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə təsadüf edir.

"Məhərrəm ayının 10-u – Aşura günü avqustun 30-dur. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf edir. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.

Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.
 
 Mərkəzi Qan Bankı bölmələrinin ünvanları:

Mərkəzi Qan Bankı (Bakı şəh) Mirəli Qaşqay küç 87.
 Tel: 907

 Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası.
 Tel: 0212150029
 +99450 390 94 33

 Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri
Nizami küçəsi 67. Lənkəran Mərkəzi xəstəxanası.
 Tel: 02525 4-09-75
 +99450 315 54 72

 Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası.
 Tel: 02333 5-38 -01
 +99450 478 6477

 Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1-ci mərtəbə.
 Tel:0186556760
 +99470 726 45 49

Şəki bölgə bölməsi: Şəki şəh M.Ə.Rəsulzadə 164.

 Tel: 024-244-25-90
 +99455 537 60 15

 Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası "C" korpusu.
 Tel: 0242743870
 +99450 550 66 60

Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2.

 Tel:020 205 02 90
 +99451 362 36 36

Gəncə bölgə bölməsi: Gəncə ş. S. Hacıyev küç 2.

 Tel: 252 08 45
 +99455 643 45 41


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər