Gündəm

Mühacirlərə pul verən keçmiş nazir kimdir? - Böyük ittiham
 
 
 
 

 
 
 
 
 
 

 
 
 
 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və artıq "sabiqlər kateqoriyası”na aid şəxslərin ünvanına sərt ittihamlar səsləndirib. 

YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif  məsələlərdə ittiham edib. 

"Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?! 

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. 

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”,- deyə  Siyavuş Novruzov bildirib.

Bəs konkret ad çəkməyən Siyavuş Novruzov kimləri nəzərdə tutur? Yenisabah.az xəbər verir ki, 10 ilə qədər və ondan yuxarı müddətdə nazir işləmiş sabiqləri təqdim edir:

Keçmiş müdafiə naziri Səfər Əbiyev: 18 il (1995-2013)

Keçmiş vergilər naziri Fazil Məmmədov -17 il (2000-2017)

Keçmiş ekologiya naziri Hüseynqulu Bağırov 17 il (2001-2018) 

Keçmiş təhsil naziri Misir Mərdanov – 15 il (1998-2013)

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov -15 il (2002-2017)

Keçmiş milli təhlüksəzilik naziri Eldar Mahmudov -11 il (2004-2015)

Keçmiş rabitə naziri Əli Abbasov – 10 il (2004-2014)

Keçmiş sosial müdafiə naziri Əli Nağıyev - 10 il (1996-2006)

Siyahıda olan sabiq nazirlərdən Misir Mərdanovla Əli Abbasov YAP Siyasi Şurasının üzvüdür. Eyni zamanda hər iki keçmiş nazir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vəzifə tutur. 

Siyavuş Novruzovun ittiham etdiyi sabiqlərdən bəzilərinin YAP-ın rəhbər strukturlarında təmsil olunduğunu dediyinə görə ehtimal etmək olar ki, onun hədəfə aldığı keçmiş nazirlər arasında Misir Mərdanovla Əli Abbasov da yer alır. Görünür, Misir Mərdanovla Əli Abbasov vəzifədən kənarlaşdırılıdıqdan sonra YAP-a o qədər maraq göstərmirlər. 

Əli Nağıyev də vaxtilə YAP-ın rərhbərliyində təmsil olunub. Lakin 2013-cü ildə hakim partiyanın sıralarından çıxarılıb.

Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov və Hüseynqulu Bağırov nazir olduqları dönəmdə mediada ən çox tənqid məruz qalan məmurlar olub. 

Ziya Məmmədovla, Fazil Məmmədovun korrupsiya və maliyyə maxinasiyaları barədə faktlara söykənən yazılar, Eldar Mahmudovun isə şərti olaraq "MTN işi” adı altında cəmlənən qanunsuz əməlləri hakimiyyəti çətin vəziyyətdə qoyub. Maraqlıdır ki, Siyavuş Novruzov keçmiş nazirlərdən bəzilərinin qanunsuz əməllərinə görə hakimiyyətin hədəfə gəldiyini də xüsusi qeyd edib. 

Lakin xaricdəki mühacirlərin maliyyələşdirilməsi ilə bağlı ittihamın hansı sabiqlərə ünvanladığını söyləmək çətindir. Bu kifayət qədər ciddi ittihamdır və burada hansısa sabiq nazirin adını hətta ehtimalla çəkmək belə rezonansa səbəb ola bilər. Yaxşısı budur ki, bu məsələyə Siyavuş Novruzovun özü aydınlıq gətirsin. 


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər