Gündəm

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Ermənistanda hakim “Mülki müqavilə”nin üzvü Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyana istefaya çağırışına niyə rəsmi cavab almadığını açıqlayıb.

"MUMtv.az" xəbər verir ki, o, bu barədə Ermənistan İctimai Televiziyasına danışıb. 

Aleksanyan vurğulayıb ki, Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.

“Mən indi cavab verirəm: Ermənistanın legitim baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib, müxtəlif spikerlər Robert Köçəryanın tələblərinə görə, legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, - deyə Aleksanyan bildirib.

O, həmçinin əlavə edib ki, hökumət Ermənistanın hər bir vətəndaşına hörmət edir və xalqın verdiyi bütün suallara cavab verir.

Qeyd edək ki, bu bəyanat İrəvanda keçirilən mitinqdə Paşinyanın bir saat ərzində istefa verməsini tələb edən arxiyepiskop Qalstanyanın ultimatumundan sonra verilib. Buna cavab olaraq, Paşinyanın komandası sosial şəbəkələrdə fləşmob başladıb və burada Mülki Müqavilə partiyasının hər bir üzvü baş nazirin “seçilmiş baş nazir Nikol Paşinyan” yazısı olan fotosunu dərc edib. 

Son xəbərlər

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Bütün xəbərlər