Gündəm

Evləri sökülən vətəndaşlar üçün KOMPENSASİYA:
MUMtv.az: - "Köhnə yaşayış yerlərinin yenilənməsi prosesi həmin ərazidən mənzil sahibi olan vətəndaşlar üçün sərfəlidir”.

Bakının Yasamal rayonunda plana düşən evlərin söküntüsünə başlanılacaq. Belə ki, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən, Ələsgər Ələkbərov və Mikayıl Müşfiq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır.

Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Danışıqlarda sakinlərə mənzilin hər kvadrat metrinə 1500-3000 manat arası pul təklif olunur.

Bu kontekstdə köhnə binaların yenisi ilə əvəz olunması prosesinə münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda plana düşən binaların və yaşayış evlərinin istismar müddəti çoxdan başa çatıb və bu baxımdan, yenilənməsi məqsədəuyğundur:

"Azərbaycan iqtisadiyyatının böyük hissəsi tikinti sektorundan asılıdır. Ölkədə bir binanın inşa edilməsi ən azı 2 il çəkir. Bəzən bu müddət 4-5 ilə kimi davam edir. Bu proses iş yerlərinin olması ilə yanaşı, tikinti materialları istehsal edən müəssisələrin işlək vəziyyətdə qalmasına imkan verir.

Çünki tikinti materiallarının əksəriyyəti yerli istehsaldır. Lakin pandemiya ilə əlaqədar digər sahələr kimi, tikinti sektorunda da işlər dayanmışdı və işsizlik yaranmışdı. Köhnə binaların yeni yaşayış kompleksləri ilə əvəzlənməsi prosesi tikinti sektorunun aktivliyinə yol açır.

Sökülən binanın yerinə yenisi inşa olunanda, iqtisadiyyata ciddi şəkildə fayda verir. Yeni mənzillərin içinin doldurulması da məişət əşyalarına tələbatı artırır. Son bir ildə paytaxtda əvvəlki qədər binalar tikilmir.

Ona görə də tələbata nisbətən təklif olduqca azdır. Bu, qiymətlərə də təsirsiz ötüşmür. Əmlak bazarında qiymətlərin bahalaşmaması üçün təklifin çox olması vacibdir. Digər tərəfdən, köhnə binaların sökülməməsi qəza hallarının baş verməsi ehtimalını artırır”.

Evi sökülən vətəndaşa yeni mənzil və ya pul təklif edilməsinə də toxunan ekspert bildirib ki, bütün hallarda vətəndaşlar udan tərəf olurlar:

"Şəhərin mərkəzində yerləşən əksər evlərin qiyməti baha olsa da, köhnə yaşayış evidir. Əmlak bazarında həmin evlərə dəyər verilmir. Çünki əmlak olaraq qəzalı vəiyyətdədirsə, maraq cəlb etmir. Bu baxımdan, vətəndaşa yeni tikilən ev təklif edilirsə, onun əmlakı dəyərləndirilir. Demək olar ki, vətəndaş əmlakını kapitala çevirə bilir”.//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər