Gündəm


MUMtv.az: - Deputat Siyavuş Novruzovun ötən gün "Yeni Müsavat” qəzetinin internet televiziyasında yayımlanan müsahibəsi sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Deputatın çıxışı və davranışına münasibət bildirən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü fikirlərini daha kəskin ifadə edib.

Elxan Şükürlü S.Novruzovun həm hakim partiyanın sıralarından, həm də Milli Məclisdən qovulmalı olduğunu söyləyib:

"YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun Müsavat TV-yə məlum müsahibəsindən sonra mütləq YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar.

Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və parlamentin dəyişməz siması olaraq qalacaq!”.

Elxan Şükürlünün bu fikirlərinə münasibət bildirən Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında daha sərt şəkildə cavab verib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasından və Milli Məclisdən qovulması haqqında təkliflərə "Necə istəyirlər, qoy elə yazsınlar. Çıxartsınlar. Məni xalq seçib” şəklində fikir bildirib.

"Efirlərə içkili halda gəlir” iddiasına isə deputatın cavabı sərt olub.

"Axmaq-axmaq danışır. Verilişdə iki saata yaxın oturmuşuq, çıxış etmişik. Elxan Şükürlü kimdir ki? Ömür boyu o mənim yanımda gəzən olub. Mən onu adam hesab eləmirəm. Tam məsuliyyətimlə deyirəm...”.
S.Novruzov özünün verilişdəki çıxışından narazı olmadığını dilə gətirib:

"Çıxışlarım müzakirələrə səbəb olursa, deməli yaxşı çıxışdır. Müzakirə yaratmırsa, onda nə çıxış eləmisən ki?! Efirdən sonra zəng edən olmadı. Mən heç kimlə danışmıram, telefon əlaqəsi saxlamıram”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər