Gündəm

Laçından Laçına gedə bilməmək dərdi...
Son məlumatlara görə, hazırda Laçın şəhərində 200-ə yaxın, Zabux kəndində 50-yə yaxın, Sus kəndində isə 15-20 erməni sülənir...

Fikir savaşı...

Şükürlər olsun ki, müstəqil(!) dövlətimizin uğurlu xarici siyasəti, müzəffər ordumuzun 44 günlük savaşı, şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına Ağdam, Kəlbəcər kimi Laçın rayonu da bir güllə atılmadan Azərbaycan dövlətinin nəzarətinə keçdi...

Allahdan şəhidlərimizə rəhmət, yaralı, xəstə qazilərimizə şəfalar diləyirik...

Fəqət, Laçın rayonunun hamısını nəzarətə ala bilmədik! 10 Noyabr üçtərəfli razılaşmasına əsasən rayonun mərkəzindən keçən Gorus-Laçın-Şuşa-Xankəndi yolu hər tərəfə hava xətti ilə 2,5 km olmaqla 5 km "dəhliz”lə bərabər Rusiyanın "sülhməramlı” adıyla gəlmiş hərbi kontingentinin nəzarətinə verildi...

Bu minvalla Laçın şəhəri, düz Gorus-Laçın yolunun üzərində yerləşən Zabux kəndi, şimal istiqamətində 5 km dəhlizə daxil olan Sus və Qarıkaha kəndləri, cənub istiqamətindən isə Ağanus və Kərəvuz kəndləri Rusiya ordusunun məsuliyyət zonasına düşüb. Həmin əraziyə Ermənistan tərəfindən bu qəsbkar ölkənin və Rusiyanın vətəndaşları, o cümlədən Ermənistanın və separatçı rejimin məmurları sərbəst buraxılır... Azərbaycan Respublikasının Kəlbəcər və Qubadlı istiqamətlərindəki ərazilərindən isə yalnız rəsmi Bakının xüsusi icazəsi olduğu halda hərbçilərimiz və digər vətəndaşlarımızın Laçın şəhərinə keçməsinə izn verilir. Cənub tərəfdən Ağanus kəndi, şimal tərəfdən isə Qarıkaha kəndindəki Rusiya hərbçilərinin qurduğu postlardan keçəndən sonra avtomobillərdə və ya əllərdə Azərbaycan bayrağı qaldırmaq olmaz. Eyni zamanda xüsusi icazə alan yerli və ya xarici jurnalistlər istisna olmaqla foto və video-çəkilişlər də qadağan edilir...

44 günlük müharibə nəticəsində Laçın şəhəri və "dəhliz” ərazisinə düşən adı çəkilən kəndlərin bir neçəsində qanunsuz olaraq məskunlaşmış hayların çoxu Ermənistana köçsə də, sonradan onlardan bir hissəsi geri qayıdıb. Erməni mənbələrinin yaydığı son məlumatlara görə, hazırda Laçın şəhərində 200-ə yaxın, Zabux kəndində 50-yə yaxın, Sus kəndində isə 15-20 erməni sülənir...

Razılaşmaya əsasən 3 il ərzində ermənilərin gediş-gəlişi üçün Şuşa və Laçın rayonları ərazisindən Ermənistana alternativ yol çəkilməlidir. Yəqin ki, yalnız bundan sonra Laçın şəhəri və sözügedən kəndlərdəki haylar Azərbaycanın həmin yaşayış məntəqələrindən çıxmağa məcbur olarlar. Hələki Rusiya hərbçiləri Laçın, Zabux və Susdakı ermənilərə dəyib-toxunmur. Laçın şəhərindəki və Sus kəndindəki haylar radikal, revanşist çıxışlar etmirlər, sakitcə başlarını girləyirlər. Onlardan fərqli olaraq XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Livandan gətirilmiş və tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı qanunsuz "mer” irqçi və revanşist çıxışlar edir, bu kəndin onların vətəni olduğunu və buradan çıxmayacaqlarını söyləyir. Moderator.az dəfələrlə Zabux kəndi barədəki materiallarında bu livanlı terrorçunun davranış və çıxışları haqda yazıb...

Ağanus, Turşsu və Fətəlipəyə kəndlərində isə ermənilər yaşamasa da, Şuşa rayonunun qonşuluqdakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi(keçm. Kirov) kəndlərində isə haylar hələ də yaşayır. Bu günlərdə Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan 1991-ci ilədək erməni terrorçularının əsas bazalarından olan həmin kəndlərə səfər edib...

Hələki, azı, 3 il Laçın şəhəri və bəhs edilən kəndlərin əsl sakinləri –Azərbaycan türkləri doğma dədə-baba yurdlarına həsrət qalacaqlar...

29 il dözmüşük, 3-4 il də dözək. Yalnız Laçının yox, Yuxarı Qarabağda Şuşanın Malıbəyli, Quşçular, Qaybalı, Kosalar kimi bir çox kəndləri, Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə və s. məntəqələrimizdə yaşamış soydaşlarımızda hələ qeyri-müəyyən dövrədək yurdlarına ayaq basa bilməyəcəklər...

İnşallah, ağıl, səbir, təmkin, güc və iradəmizlə o yurdlarımıza da sahiblənəcəyik. Amma düşmənlərin həmin yurdlardakı əməlləri qarşısında susmamaq, onları qeydə alıb ictimailəşdirmək şərti ilə...
Sultan Laçın 
//moderator.az//

Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər