Gündəm

Kəlbəcərin Çərəktar kəndindəki ermənilər üçün evlərin təmiri davam edir...
Hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının 10 Noyabr razılaşmasına əsasən erməni silahlı birləşmələrindən azad olunmuş Kəlbəcər rayonuna aid olan Çərəktar kəndində sülənən ermənilər üçün 21 evin təmiri davam edir.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
Separatçı-terrorçu xuntanın qondarma "şəhərsalma nazirliyi”ndən verilən məlumata görə, evlərin təmiri ilə yanaşı, onların infrastrukturu da modernləşdirilir. Hər bir evdə ayrıca mətbəx və canitar qovşağı, ayaqyolu olacaq.

Xatırladaq ki, Çərəktar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar - "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.

Sovet dövründə Çərəktar kəndində bir erməni də yaşamayıb. Kənd 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Və təəssüf ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının yox, Rusiya sülhməramlılarının nəzarəti altına keçib.

2020-ci ilin noyabrın ortalarında artıq Kəlbəcər rayonunun Azərbaycana qaytarılacağı xəbəri yayıldıqdan sonra Çərəktar kəndində qanunsuz məskunlaşmış ermənilərin çoxu evləri yandıraraq buradan çıxıblar. Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də bir çox digər yaşayış məntəqələri kimi, Çərəktarın da adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb. Həmin məlumatı alan ermənilər yenidən öz yandırdıqları evlərə qayıtmağa məcbur olublar. Bu səbəbdən də separatçı rejim Çərəktarda yandırılmış evləri bərpa etməyə başlayıb...

Onu da vurğulayaq ki, Rusiya tərəfinin ədalətsiz olaraq sovet dövrünün inzibati bölgüsünə əsasən apardığı "sülhyaratma” missiyası sayəsində Azərbaycanın Çərəktarla birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə düşən cəmi 45 kəndi və bir şəhəri(Ağdərə) Milli Ordumuzun nəzarətinə qaytarılmayıb. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə qatılmış Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri, Kəlbəcər rayonuna qatılmış Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və Tərtər rayonuna verilmiş Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Seysulan(Talış, Suqovuşan və Çaylı son 44 günlük savaşda ordumuz tərəfindən azad edilib) kəndləri və onlara məxsus torpaq sahələri hələlik Rusiya hərbçilərinin himayəsinə sığınmış separatçı-terrorçu erməni xuntasının əlində qalır...

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər