Gündəm

Rəsmi Bakı sərt reaksiya verməlidir
MUMtv.az: - Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan bir neçə gün əvvəl iki deputat - Sofiya Ovsepyan və Anna Qriqoryan ilə birgə Qarabağa səfər etdiklərini və separatçılarla görüş keçirdiklərini deyib. Bildirib ki, Ermənistan parlamentində "artsax” deputatlar qrupu yaradılıb və orada təmsil olunan erməni deputatlar Xankəndindəki separatçılarla daim əlaqədə olurlar.

Azərbaycan ictimaiyyətində ən ciddi narahatlıq və etiraz doğuran məsələdən biri də həm xaricilərin, həm ermənilərin rahat şəkildə Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən istifadə edərək Qarabağa gəlməsi və orada separatçılarla təmasda olmasıdır. Hökumətin sərt bəyanatından sonra Rusiya sülhməramlılar xaricilərin Qarabağa qanunsuz səfərlərinə imkan vermədiyini deyir. Amma görünür, bir müddət ara sakitləşən kimi Laçın dəhlizində nəzarət yenidən "yumşalır”.

Politoloq Samir Əsədli "Sherg.az”a bildirib ki, Ermənistandan Azərbaycan ərazisinə qanunsuz səfərlər, xüsusilə də bu səfərlərdə separatçılarla görüşlər yolverilməzdir.

Ekspertin sözlərinə görə, bu kimi hallar problemin birdəfəlik həllinə qarşı olan addımlardır:

"Ermənistanda müəyyən bir qrup torpaq iddialarını kənara qoyub Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Koçaryan-Sarkisyan cütlüyü və onların dəstəkçiləri isə erməni xalqını yenidən fəlakətə sürükləməkdə israrlıdır. Bu məsələdə qəti həlledici sözü erməni xalqı deməlidir. Ermənilər 44 günlük müharibənin ağır məğlubiyyətindən və Ermənistanın regionun bütün iqtisadi layihələrindən kənarda qalaraq səfil duruma düşməsindən ibrət götürməlidir. Qərar verməlidirlər ki, xəstə təxəyyülün ardınca gedib bir xalq olaraq məhv olmaq istəyirlər, yoxsa Qafqazda normal qonşuluq münasibətləri ilə yaşayıb əsl dövlətə sahib olmağa üstünlük verirlər”.

Analitik bildirib ki, Ermənistan parlamentində "artsax” deputatlar qrupunun yaradılması xəstə təxəyyülun məhsuludur:

"Bütün bunlarla yanaşı, rəsmi Bakı bu kimi olaylara sərt reaksiya verməlidir. Laçın dəhlizinə nəzarət edən sülhməramlılardan durumu gərginləşdirəcək belə səfərlərə imkan yaratmamağı tələb etməliyik. Diplomatik bəyanatların keçərsiz olduğu halda Azərbaycan tərəfinin öz haqqını bərpa etmə yollarını dünya bir dəfə görüb. Sülhməramlılar bölgədə yeni müharibə istəmirlərsə, öz missiyasını düzgün yerinə yetirsinlər”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər