Gündəm
Gündəm / Siyasət
“Hazırda göl Azərbaycan tərəfinin nəzarətindədir” - Menua Hovsepyan
MUMtv.az: - "Hazırda göl Azərbaycan tərəfinin nəzarətindədir. Vəziyyətdə hər hansı bir dəyişikliyə hazırıq”.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Gorus bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.
Bələdiyyə sədrinin müavini bildirib ki, müzakirələr faydasız olarsa, Rusiya Müdafiə Nazirliyinin qərarlarını izləyəcəyik.
Hovsepyan Birinci Ordu Korpusunun komandirinə etibar etdiklərini və hər şeyin düzgün istiqamətdə gedəcəyinə ümid etdiklərini söyləyib.
Qeyd edək ki, Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir və sərhəd gölü hesab edilir.