Siyasət

Ermənistan ordusuna "GERİ ÇƏKİL" çağırışı edildi
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Azərbaycan Ordusu Ermənistanın gözləmədiyi şəkildə cənubdan – Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində irəliləyərək İranla sərhədlərini işğaldan azad etdi. Azərbaycan ordusu həmin vaxt şimal cəbhəsində Talış və Murovdağla Tərtər yönündə Ermənistanın başını qatdı. Beləliklə, Kəlbəcərdən gələn təhlükənin qarşısını aldı. Azərbaycan ordusu əməliyyatların ağırlığını Füzuli və Şuşa istiqamətinə saldı. Hərbi qüvvələrini cənubun coğrafi relyefinə uyğunlaşdıran Azərbaycan qüvvələri Şuşanı işğaldan azad etdi".

Mumtv.az bildirir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.

Nəşr Azərbaycan ordusunun gözlənilmədən erməni qüvvələrini mühasirəyə aldığını bildirib:

"Azərbaycanın əvvəlcə Laçın dəhlizini bağlayacağını düşünən Ermənistan öz qüvvələrinin əsas hissəsini bura yığmışdı. Şuşada erməni müdafiəsi barədə lazımi məlumatları topladıqdan sonra Azərbaycan ordusu Ermənistanı təəccübləndirdi və bu bölgəni ilk hədəf olaraq müəyyən etdi. Azərbaycan xüsusi təyinatlıları çətin coğrafi şərtlərə baxmayaraq, Şuşaya daxil ola bildi. Bölgədəki müdafiəsini PKK terrorçularının çəkdiyi strateji xətt üzərində quran Ermənistan meşələri yandırıb tələ qursa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Qeyri-adi taktiki və strateji planla Azərbaycan bayrağı Şuşada ucaldıldı. Bu, Azərbaycanın zəfəri, Ermənistanın məğlubiyyətinin elanı oldu".

"Yeni Şafak" qeyd edir ki, Şuşadan sonra Azərbaycan ordusunun yeni hədəfi – şərqdə Xocalı üzərindəki Xankəndi və qərbdə Laçın dəhlizidir:

"Şərq-qərb istiqamətində genişləndiriləcək əməliyyatla 28 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Xocalı azad ediləcək. Şuşaya çox yaxın olan Xocalıda qazanılacaq qələbə Azərbaycan ordusu üçün mənəvi hədəf kimi önə çıxır".

Nəşrin iddiasına görə, Şuşa qələbəsindən sonra bu bölgədə işğalçı qüvvələrdən güclü müqavimət gözlənilmir:
"Ermənistan ordusuna Qarabağdan çəkilmək çağırışı edilir. Hərbi mənbələr bu andan etibarən Ermənistanın bölgədə nizami qoşun əməliyyatları həyata keçirə bilməyəcəyini, PKK ilə birlikdə artilleriya və raket atışları xaricində özünü göstərə bilməyəcəyinə diqqət çəkirlər. Azərbaycan Qarabağdakı terrorçuları təmizləmək üçün güclü mübarizə apardığı vaxt, şimaldan – Ağdam istiqamətindən yaxşı xəbərlər gəlir". 

 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər