Gündəm


"Qapanma olsa, insanlar arasında əsəbilik, psixloji pozuntular getdikcə artacaq”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu karantinin sərtləşəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Sosioloq iqtisadi problemlər fonunda əhali arasında intiharların artacağını və eyni zamanda demoqrafik sayın aşağı düşəcəyini proqnozlaşdırıb:

"İnsanlarda biganəlik, gələcək haqqında ümidsizlik yaranıb ki, bu da intihar hallarının artmasına gətirib çıxarır. İntiharların artmasının ən birinci səbəbi də özünü reallaşdıra bilməmək, sabaha ümidsizlikdir. İşsizlik, iş yerlərində ixtisarlar, maddi və psixloji çətinliklər onsuz da gərgin olan insanların durumunu daha da ağırlaşdıracaq. Digər tərəfdən hava, su ehtiyaclarını ödədiyi kimi, insanların ünsiyyətə də ehtiyacı var. Bu qapanmalar ünsiyyəti daraldır, insanlara həm iqtisadi, həm də mənəvi ziyan vurur. Cəmiyyətin müəyyən bir təbəqəsi dövlət müəssisələrində çalışır, məvacib alır, amma əksəriyyət günəmuzd çalışanlardır. Onların gəlir mənbəyi dayanıb. Bütün bunlar iqtisadi çətinlik də psixoloji gərginliyi daha da artıracaq.

Digər tərəfdən pandemiya demoqrafik baxımdan ciddi problemlərə yol açıb. Toyların keçirilməsinə icazə verilmir, bu da uşaqların doğum sayına ciddi təsir edib. Evli insanlar belə dünyaya uşaq gətirmək istəmir, çünki bilirlər ki, maddi problemlər qaçılmazdır”.

Ə.Qəşəmoğlu çıxış yolunun düzgün seçilmədiyini də təəssüf hissi ilə qeyd edib:

"Təəssüf ki, çıxış yolları barədə düşünən yoxdur. Karantin çıxış yolu deyil, bunu dəfələrlə demişəm. Əhalini tibbi cəhətdən maarifləndirmək lazımdır. Problem onların davranışındadır, bu davranış qaydalarını dəyişdirmək lazımdır. Evə qapanmaqla yoluxma sayını azaltmaq fikri düzgün deyil”.

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər